Xədicə İsmayılova həbsxanada «Çakaranda ağacının uşaqları»nı tərcümə edib
Xədicə İsmayılovanın həbsxanada tərcümə etdiyi bədii əsər - “Cakaranda ağacının uşaqları” (Children of the Jacaranda Tree) tezliklə yayımda olacaq. Bu barədə jurnalistin dostu Şahvələd Çobanoğlu Facebook səhifəsində məlumat yayıb.
Əsərin müəllifi Səhər Delijani 1983-cü ildə Tehranda - anasının həbsə atıldığı məşhur Evin həbsxanasında doğulub. Həmin vaxt onun atası da anası kimi siyasi məhbus olaraq həbsdə idi. Səhər xanım 1996-cı ildə ailəsi ilə birlikdə ABŞ-a köçüb və Kaliforniyada Berkli Universitetində müqayisəli ədəbiyyat ixtisası üzrə məzun olub.
“Cakaranda ağacının uşaqları” müəllifin ilk romanı olsa da, dərhal şöhrət qazanaraq 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub. Əsər bir çox ədəbi mükafatlarla təltif olunub və nüfuzlu dünya KİV-lərində onun barəsində yüksək rəylər dərc edilib.
Səhər Delijani azərbaycanca nəşrə ön sözdə yazır ki, onun əsərinin çox tərcümələri olub, amma heç biri Xədicənin tərcüməsi qədər onu təsirləndirməyib. Birincisi ona görə ki, onu azadlıq uğrunda çalışmalarına görə həbsdə olan mübariz bir insan tərcümə edib. İkinci səbəb də odur ki, Xədicə özü də bilmədən müəllifin əsərini onun ana dilinə tərcümə edib.
“Mənim anam Azərbaycan əsillidir. O, İranın Azərbaycan əyaləti olan Təbriz şəhərində anadan olub və sonradan doqquz yaşında ikən ailəsi ilə birgə Tehrana köçüb. Valideynlərimiz 1980-ci illərdə İran İslam Respublikasının həbsxanalarında olanda bizi böyüdən nənəm Aba farsca bilməzdi və bizimlə, nəvələri ilə ancaq azərbaycanca danışardı. Mən azərbaycanca, zəif olsa da, basa düşürəm və danışıram. Bu dil mənim üçün hər zaman doğmalıq, ailə, sevgi dili olmuşdur və heç bir başqa dil mənim qəlbimdə onun yerini tuta bilməz”, deyə o qeyd edib. -03D-
Mədəniyyət
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
-
3 yanvar tarixində Bakıda, QGallery-də, gənc azərbaycanlı rəssam Samirə Allahverdiyevanın ilk fərdi sərgisi olan “Zamanın Salnaməsi”nin açılışı keçirildi. Onun karyerasında mühüm bir mərhələni qeyd edən bu sərgi, rəssamın doğum günü ilə üst-üstə düşərək tədbirə şəxsi bir rezonans qatdı.
Rəy yaz