Yeni teatrın ilk tamaşası
Azərbaycan gəncləri ölkədə aktyorları fiziki imkanları məhdud insanlar olan ilk teatrı yaradıb.
“Əsa” adlanan teatrı noyabrın 20-də “Xəzər” universitetinin binasında “Dumb!” adlı ilk tamaşasını nümayiş etdirib. Psixi-drammatik janrda səhnələşdirilmiş pyes tənha insanın həyatının müxtəlif dövrlərindən bəhs edir. Baş qəhrəman onu əhatə edən insanları və hadisələri öz problmlərinin mənbəyi hesab edir.
Rolları Fərid Kazakov, Orxan Adıgözəl, Murad Məmmədov, Elvin Mirzəyev və Nihad Qulamzadə ifa edirlər. Bu qeyri-peşəkar teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadədir.
Qulamzadənin Turan-ın müxbiri ilə söhbətdə verdiyi məlumata görə, tamaşanın əsas məğzi insanın həyatında aldığı travmaların səbəblərini ətrafında deyil, özündə axtarmalı olduğu fikridir. Tatrın işində məhdud imkanları olan insanların iştirakı məhz bununla – onlara özlərini ifadə etmək üçün daha çox imkan vermək istəyi ilə izah olunur. -16D04-
-
- Analitika
- 21 Noyabr 2016 16:30
-
- İqtisadiyyat
- 21 Noyabr 2016 17:24
Mədəniyyət
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
-
Sənət mübadiləsi və mədəni diplomatiyanın bir bayramı olaraq, Bakıda Ambassador Cultural Club-da “Azərbaycanlı rəssamların gözü ilə Macarıstan” layihəsinin üçüncü mərhələsi çərçivəsində Macarıstanın ənənələrindən və mədəni irsindən ilhamlanan rəsm əsərlərinin sərgisi təqdim edilib. Azərbaycan Respublikasındakı Macarıstan səfirliyi və müstəqil incəsənət platforması «Arts Council Azerbaijan» tərəfindən təşkil olunan bu təşəbbüs iki ölkə arasında sənət və mədəniyyət sahəsində əlaqələrin dərinləşməsinə töhfə verir.
-
Ahmet Güneştekin İstanbul Bələdiyyəsi Feshane Mədəniyyət Mərkəzinin 8 min kvadratmetrlik qapalı salonlarında açılan “İtmiş Əlifba” fərdi sərgisindən bir neçə gün sonra Turan İnformasiya Agentliyinin suallarını cavablandırdı. İstanbulun bələdiyyə sədri Ekrem İmamoğlunun açdığı sərgi 20 iyula qədər açıq olacaq.
Rəy yaz