Qızıl bütün dünyada və Azərbaycanda bahalaşır: istehsal və maliyyə aktivlərində artım proqnozlaşdırılır
Sənaye
-
Yanvarın 10-da nəqliyyat sahəsində ixtisaslaşmış jurnalistlərlə keçirilən görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Qümbətov nazirliyin "yaşıl nəqliyyata" keçid istiqamətində uğurlarından danışıb və 2030-cu ilə qədər Bakının bütün avtobuslarının elektriklə işləyən nəqliyyat vasitələrinə çevrilməsini hədəflədiklərini qeyd edib. O, dəmir yolu nəqliyyatında rekord sayda sərnişin daşındığını da vurğulayıb. Qümbətov bildirib ki, 2024-cü ildə Azərbaycan Dəmir Yolları (ADY) təxminən 8,5 milyon sərnişinə xidmət göstərib, halbuki 2023-cü ildə bu rəqəm 7 milyondan çox olub. 2025-ci ilin yanvarın 3-də istifadəyə verilmiş Bakı-Balakən dəmir yolu xətti ilə ölkə üzrə sərnişin sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
-
Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan SOCAR Türkiyə Enerji AS (STEAS), Türkiyədə etilen, polipropilen və polietilen (poliolefin) istehsalı üçün yeni müəssisələr inşa etməyi planlaşdırdığını açıqlayıb. Bu təşəbbüs Türkiyənin bu məhsullara tələbatının artmağa davam etməsi və hazırda poliolefinlərin təxminən 90%-ni idxal etməsi fonunda həyata keçirilir.
-
Azərbaycan 2024-cü ildə 61 milyon ton karbon ekvivalentindən 2030-cu ilə qədər istixana qazı (İQ) emissiyalarını 54,99 milyon tona qədər azaltmağı planlaşdırır, hökumət bildirib.
-
Noyabrın 11-dən Bakıda start götürən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) qərara alınan razışmalar arasında 2035-ci ilə qədər ildə 300 milyard dollar dəyərində iqlim maliyyəsinin ayrılmasına qərar verildi.
Rəy yaz