
Açiq mənbələrdən foto.
Bakı/15.09.22/Turan: Bu gün Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 12-14-də Ermənistan-Azərbaycan sərhədində hərbi eskalasiya zamanı həlak olanların yenilənmiş siyahısını açıqlayıb.
Həlak olanların sayı 50-dən 71-ə yüksəlib.
Siyahıda həlak soyadları, ata adları və hərbi rütbələri göstərilib. Onların arasında iki kapitan, üç baş leytenant, 8 leytenant, 18 gizir, 3 çavuş və 37 sıravi əsgər var.
Sentyabrın 13-də Azərbaycan ordusunun 42 hərbçisinin və 8 sərhədçinin həlak olduğu bildirilmişdi. 06D
Rəy yaz