Kemal Öksüz, ABD'de FBI'ın takip ettiği FETÖ okulları için para toplamıştı.
ABŞ-da bir qrup konqresmenin Azərbaycana səfəri haqqında işin araşdırılması davam edir
Bakı/08.10.18/Turan: ABŞ-ın Washington bölgə məhkəməsinin 3 noyabr 2016-cı ildə hazırladığı ittihamnamədə Konqres üzvlərinin Azərbaycana səfərlərinin ARDNŞ tərəfindən maliyyələşdirildiyinə dair iddia yer tutub. Bu barədə Türkiyənin "Sözcü" qəzetinin müxbiri Aytunç Erkin 8 oktyabr tarixli "2.2 milyon dollarlık trafik ABŞ sənədində" adlı yazısında ətraflı məlumat verib.
Prokurorluq ittihamnaməsini əldə etdiyini yazan Aytunç Erkin bir neçə ildən bəri İnterpol tərəfindən axtarılan və avqustun 29-da Ermənistanın paytaxtı İrəvanda yaxalanan Fetullahçı Terör Örgütü (FETÖ)-nün mühüm adamlarından biri olan Kemal Öksüzün Azərbaycan Dövlət Neft Şirkətiylə gizli maliyyə əlaqələrinin ortaya çıxarıldığına dair 9 və 11-ci səhifələrdə iddialar olduğunu qeyd edib.
İttihamnamədə Konqres üzvlərinin Azərbaycana FETÖ-çü "Turkuaz Amerialı və Avrasiyalılar Şurası" (TCAE) və "Azərbaycanın Dostları Assambleyası" (AFAZ) əsas olmaqla,7 qurum tərəfindən aparıldığına dair iddilar yer alıb.
O səfərlər üçün ARDNŞ-nin AFAZ-a və mərkəzi Bakıda olan PSG adlı başqa bir quruma 2.2 milyon dollar ödədiyinə dair iddialar da ittihamnamədə öz əksini tapıb.
Kemal Öksüzün 17 mart 2013-cü ildə prokurorluğa verdiyi ifadədə dediyi "Məsrəfləri öz qurumlarımız vasitəsiylə ödədik" sözlərinin yalan olduğu da ittihamnamə də yer alan başqa bir ittihamdır.
"Washington Post" qəzeti 13 may 2015-ci ildə ABŞ Konqresinin 10 üzvünün Azərbaycana səfərinin şübhəli maliyyə mənbələrinə dair yazı çap edib.--0--
Siyasət
-
Jurnalist Şəmşad Ağa gecə saatlarında polis tərəfindən saxlanılıb. Bu barədə jurnalistin qardaşı Şahid Ağayev Amerikanın Səsinə bildirib.
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatı barədə məlumat yayıb.
-
Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.
-
Brüsselin boz, geniş səmaları altında bu ay Avropa Komissiyasında idarəetmə təşəbbüsünün bir işarəsi həyata keçirildi, Avropa İttifaqının diplomatik əlaqələrində yenilənmiş bir canlanma elan etdi. Yeni qurulan Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorat (DG ENEST) 1 Fevralda debüt etdi, İttifaqın şərq qonşuları və potensial yeni üzvlərlə qarşılıqlı əlaqələrini yenidən tənzimləmək üçün yeni bir kurs müəyyən etdi.
Rəy yaz