ADR Hərəkatının fəalları kütləvi şəkildə polisə çağırılır, onlara təzyiq göstərilir
Bakı/12.11.19/Turan: Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı son günlər təşkilat fəallarına qarşı təzyiqlərin olduğunu və onların polisə çağırıldığını bildirib.
Əsasən ötən gün ADR Hərəkatı sədrinin müavini Ellada Məmmədli “tanışlıq üçün” Xətai Rayon Polis İdarəsinə aparılb. Üçsaatlıq söhbət zamanı bildiriblər ki, onun fəaliyyətini çoxdan izləyirlər, daim müşahidə altındadır. Sosial şəbəkələrdəki fəaliyyətini (yalnız statuslarını deyil, paylaşdıqlarını da) izləyirlər. Profilaktika və təhdid xarakterli söhbətdən sonra E.Məmmədlini sərbəst buraxıblar.
ADR Hərəkatı sədrinin digər müavini Ədalət Yusuba Nərimanov polisindən telefon edərək ictimai-siyasi fəaliyyəti ilə bağlı suallar verilib, tezliklə görüşəcəklərini bildiriblər.
ADR Hərəkatı İdarə Heyətinin üzvü Rövşən Dəmirli Suraxanı Rayon Polis İdarəsinin Hövsandakı 30-cu polis bölməsinə çağırılıb və sorğu- sual edildikdən sonra sərbəst buraxılıb.
ADR Hərəkatının üzvü qocaman riyaziyyat müəllimi Ənvər Ağamalızadə Suraxanı Polis İdarəsinin 33-cü bölməsinə çağırılıb. Onun bütün qohumları barədə soruşublar, onları siyahıya alıblar və onu 2 saat sorğu-sual ediblər. Ə.Ağamalızadə 19 oktyabr miitnqində də saxlanılmışdı.
ADR Hərəkatı Binəqədi rayon təşkilatının sədri Arif Əzizzadə, həmçinin fəallar Rauf Səlimov və Amid Süleymanov yerli polisdə sorğu-sual ediliblər.
Göyçay rayon təşkilatının sədri Hikmət Qasımlı da “profilaktik söhbət” üçün polisə çağırılıb.
ADR Hərəkatının 12 noyabr tarixli bəyanatında deyilir ki, kütləvi həbslər, insanların izlənməsi, polis idarələrinə çağırılması və hədələnməsi, işgəncə faktlarının artması “kriminallaşmış avtoritat rejimin ölkəni xaosa, vətəndaş qarşıdurmasına sürükləməsi təhlükəsi ilə üz-üzə qoyur”.
Baş verənlər fikir azadlığına qəsd, şəxsi həyata müdaxilə kimi qiymətləndirilir.
ADR Hərəkatı hakimiyyəti qanunlara hörmət etməyə, öz üzərinə göürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə, vətəndaşlara qarşı apardığı izlənmə, təqib və işgəncə faktlarını dərhal dayandırmağa çağırır, yaranacaq hər hansı xoşagəlməz nəticənin məsuliyyətinin hökumətin üzərinə düşəcəyini bəyan edir.
ADR Hərəkatı 2016-cı ilin fevralında yaradılıb. Təşkilatın rəhbəri tanınmış siyasətçi və iqtisadçı Qubad İbadoğludur.06D-
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz