Müsavat Partiyasının üzvləri kütləvi şəkildə saxlanılır
Bakı/12.11.19/Turan: Noyabrın 12-i səhərdən Müsavat Partiyasının bir neçə fəalı saxlanılaraq polis bölmələrinə aparılıb. Bu barədə Turan-a təşkilatın aparat rəhbəri Gülağa Aslanlı bildirib.
Əsasən Siyəzən təşkilatının sədri Mərdan Mehdilini, Nərimanov rayon təşkilatının fəalı Valeh Hümmətoğlunu, Xətai təşkilatının sədri Qəzənfər Baxışovu evlərindən aparıblar.
Bir sutkadır ki, partiya sədrinin müavini Razim Əmiraslanlının barəsində məlumat yoxdur. O, noyabrın 11-də səhər Binəqədi Rayon Polis İdarəsinə çağırılıb.
Müsavat Partiyasının mətbuat katibi Mustafa Hacıbəylinin telefonuna zəng çatmır. O, səhər evdən çıxıb. G.Aslanlı ehtimal edir ki, yolda onu da saxlayıblar.
Sumqayıtda polis fəal Bərşad Cümşüdlünün mənzilinə gəlib. Gəncədə müsavatçılar Cahangir Əmirxanlı, Vidadi Həsənli və Oqtay Zeynalova saat 10:00-da polisə getmək tapşırılıb.
G.Aslanlı hesab edir ki, kütləvi saxlanmalarda məqsəd Müsavat Partiyasının bu gün saat 15:00-da Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirəcəyi piketi pozmaqdır.
Öz növbəsində Müsavat Partiyasının lideri Arif Hacılı bildirib ki, noyabrın 12-də səhər polis və mülki geyimli şəxslər partiyanın mənzil-qərargahını əhatəyə alıblar. “Mənzil-qərargaha gələnlər dərhal saxlanılır”, - A.Hacılı deyib.—21B06--
-
- Cəmiyyət
- 12 Noyabr 2019 10:46
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz