AİHM Natiq Cəfərlinin hüquqlarının pozulmasını tanıyıb
Bakı/07.11.19/Turan: Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) REAL Partiyasının icra katibi Natiq Cəfərlinin şikayətilə bağlı qərarını açıqlayıb.
AİHM Azərbaycan hökumətinin N.Cəfərliyə mənəvi zərərə görə kompensasiya və məhkəmə xərclərinin ödənilməsi üçün ümumilikdə 17 min avro ödəməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, AİHM N.Cəfərlinin digər maddələrlə yanaşı 18-ci maddə (hüquqlarla bağlı məhdudiyyətlərədn istifadənin hədləri) üzrə hüquqlarının pozulmasını tanıyıb ki, bu da siyasi motivlərlə təqibin təsdiqlənməsi deməkdir.
Ümumiyyətlə, Strasburq məhkəməsi sözügedən maddəni çox nadir hallarda tətbiq edir.
AİHM həmin maddə üzrə REAL lideri İlqar Məmmədovun, hüquq müdafiəçiləri Rəsul Cəfərovun, İntiqam Əliyev, Anar Məmmədli və NİDA Hərəkatının bəzi fəalları və postsovet məkanından bir neçə nəfərin hüquqlarının pozulmasını tanıyıb.
Bundan əlavə, AİHM hesab edir ki, N.Cəfərlinin hüquqları Avropa Konvensiyasının 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunulmazlıq) və 11-ci (birləşmə hüququ) maddələri ilə pozulub.
N.Cəfərlinin şikayəti 2014-cü ildə ona qarşı qaldırılmış cinayət işləri, dəfələrlə dindirilməsi, həmçinin 2016-cı ilin avqustunda qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbsilə əlaqədardır.
N.Cəfərli bir ay sonra buraxılsa da ölkəni tərk etməmək barədə iltizam ilə əlaqədar il ərzində Bakıdan kənara çıxa bilməyib.
2017-ci ilin avqustunda Baş Prokurorluq işi bağlayıb.
N.Cəfərli AİHM-in qərarından, əsasən həbsinin siyasi motivli olmasının tanınmasından razı qaldığını bildirib.
O qeyd edib ki, AİHM Azərbaycan üzrə 10 qərar qəbul edib və bunlardan 4-ü REAL fəalları ilə bağlıdır. –16D-
-
- Cəmiyyət
- 7 Noyabr 2019 15:46
Siyasət
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Abzas Media nəşrinin jurnalisti Nərgiz Absalamova nəzarətçi tərəfindən zorakılığa məruz qalıb.
-
Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb:
-
2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 39 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Yalnız 1 qərarda pozuntu müəyyən edilməyib.
-
Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 14 ərizəçinin müraciətləri üzrə 2 qərarı açıqlayıb, bu barədə https://aihmaz.org saytında məlumat yerləşdirilib.
Rəy yaz