Vüqar Səfərli
Apellyasiya məhkəməsi Vüqar Səfərlini həbsdə saxlayıb
Bakı/26.01.21/Turan: Bakı Apellyasiya Məhkəməsi (BAM) KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsindən imtina ilə bağlı şikayətini təmin etməyib.
BAM Səfərlinin ev dustaqlığına keçirilməsi barədə xahişini təmin etməyən Binəqədi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.
* Yanvarın 14-də məhkəmə Səfərli barəsində həbs qətimkan tədbiri seçib. Ona qarşı CM-in 179.4 (xüsusilə böyük ölçüdə mənimsəmə), 193-1.3.2 (qanunsuz yolla əldə edilmiş xüsusilə böyük ölçüdə vəsaitin leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə onu 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, Səfərli prezidentin keçmiş köməkçisi Əli Həsənovun əlaltısı və ən yaxın adamı idi.
Səfərli 2020-ci ilin aprelində, Əli Həsənov isə 2019-cu ilin noyabrında vəzifədən azad edilib. -02D-
-
- Siyasət
- 26 Yanvar 2021 16:27
-
- Söz istəyirəm
- 27 Yanvar 2021 04:28
Siyasət
-
Ötən gün Bakı Məhkəmə Kompleksində Qarabağ separatçılarının keçmiş liderlərinin işi üzrə hazırlıq iclası başlayıb.
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
Rəy yaz