Фото: ИЗВЕСТИЯ
- Söz istəyirəm
- 27 Yanvar 2021, 4:28
- 270
Rusiya sülh məramlı qüvvələrinin mandatı haqqında
11 Yanvar görüşü ərəfəsində Prezident Putin gündəlikdə olan məsələləri sadalayarkən sülh məramlı qüvvələr ifadəsi işlətsə də bunu sonra xarici işlər naziri S. Lavrov illik mətbuat konfransında erməni jurnalistə cavabında daha da açıqlamağa çalışdı. Lavrov sülhməramlıların mandatının üçtərəfli formatda müzakirə ediləcəyini bildirdi. Burada üçtərfli dedikdə Lavrov Rusiya, Azərbaycan və Ermənistanı nəzərdə tutur. Məsələnin bu cür qoyuluşu Azərbaycanda hər bir düşünən şəxsdə sual doğurur. Azərbaycanda yerləşən Rusiya qüvvələrinin statusunu biz Ermənistanla niyə müzakirə etməliyik? Burada Lavrovun baxışına görə qəribə vəziyyət yaranır. İşğalçı Azərbaycandan qovulandan sonra yenidən gəlib Azərbaycanda yerləşən sülhməramlı qüvvələrin mandatının müəyyən edilməsində və qalib ölkənin gələcək taleyinin müəyyən edilməsində iştirak etməsi hansı məntiqə uyğundur? Azərbaycan höküməti bu cür formata razılıq verərmi?
9 Noyabr bəyənatına görə, sülhməramlıların bölgədə nə qədər müddətdə qalıb-qalmamasına dair bənddə də Ermənistanın adı keçir. Orada da anlaşılmazlıq hökm sürür. Əgər Azərbaycan, müəyyən müddətdən sonra Rusiya sülh məramlı qüvvələrinə ehtiyac qalmadığı qənaətinə gələrsə və Ermənistan isə onun əleyhinə olursa, o zaman necə olacaq? Bu qeyri-müəyyənlik yaradan maddədir. Əgər sülh məramlıların mandatı da Ermənistanın rəyi ilə müəyyən ediləcəksə, o zaman elə Azərbaycan Ermənistandan asılı vəziyyətə düşmüş olacaq.
Rusiyanın da burada təbii daha dərin maraqları vardır. Onlar mandat məsələsini Azərbaycan və Ermənistanın əli ilə müəyyən etməklə, bizim mandatımız hər iki münaqişə tərəfinin razılığı ilə müəyyən edilmişdir demək istəyir. Və beləliklə başqa maraqlı ölkələrin və ya beynəlxalq təşkilatların hər hansı iddiasını və ya etirazını birdəfəlik olaraq bağlamaq istəyir. İknci tərəfdən bu cür yolla Rusiya hər iki ölkə üzərində özünün uzunmüddətli nəzarətini dərinləşdirmək istəyir. Bölgədə təkbaşına söz sahibi olmaq istəyir.
Dünya təcrübəsi sülh məramlı qüvvələrin mandatını həmin qüvvələr münaqişə bölgəsinə göndərilməzdən öncə müəyyən edir. Və çox sayda ölkələrdə bu missiya parlament müzakirəsinə çevrilir. Bizim halda isə Qarabağa göndərilən hərbi qüvvələr sadəcə olaraq sülhməramlı adlandırılmışdır. Onların gəlişini, gedişini və bölgədə hüquqi məsuliyyətlərini müəyyən edən dövlətlərarası hüquqi sənəd mövcud deyildir. Rus hərbçilərinin indiki zamanda çətin şəraitlərdə, soyuq və şaxtada gördükləri işləri yüksək qiymətləndirməklə bərabər, indiki vəziyyət xarici ölkələrin hərbi qüvvələrinin Azərbaycanda yerləşməsinə hədsiz dərəcədə həssas yanaşan Azərbaycan cəmiyyətinin getdikcə artan narazılığına aparacdır. Əksinə, Azərbaycanın suverenliyinə hörmət və qarşılıqlı anlaşma olursa, Rusiya daha çox qazanar və həm Azərbaycanda və həm də bölgədə Rusiyanın nüfuzunun daha da artmasına səbəb olar. Rusiyanın həqiqətən sülh yaradıcısı kimi status qazanmasına xidmət edər.
Rusiya hərbi qüvvələrinin Qarabağda sülh məramlı statusu Rusiya-Türkiyə-Azərbaycan üçtərəfli formatında müəyyən edilməlidir. 9 Noyabr bəyənatının 5-ci maddəsinə görə sahədə Rus-Turk sülhməramlı mərkəzi qurulmuşdur. Və bu Mərkəz bilavasitə sülhməramlıların işinə nəzarət etmə funksiyası da daşıyır. Həm bu Mərkəzin mandatı və həm də sahədəki rus sülh məramlılarının mandatı Rusiya-Turkiyə-Azərbaycan formatında müəyyən edilməlidir. Sülhməramlı qüvvələrin mandatı bu formatda həll olunduğu zaman 9 Noyabr bəyənatındakı Ermənistan ifadəsi də öz əhəmiyyətini itirməlidir. Çünki artıq 9 Noyabr bəyənatının bəndi dövlətlərarası hüquqi sənədlə əvəz olunacaq.
Söz istəyirəm
-
Yanvarın 7-də prezident İlham Əliyevin yerli telekanallarla mətbuat konfransında Real TV-nin nümayəndəsi belə bir sual verdi: "Trampı bizimlə bir gəmidə görürsünüz..."
-
Çıxışıma təşəkkürlərlə başlamaq istəyirəm. Həyatımın hər mərhələsində yanımda olan ailəmə, yaxın qohumlarıma, dostlarıma təşəkkür edirəm. Şərlənərək həbs edildiyimə görə fiziki olaraq azadlıqdan məhrum edilsəm də, ilk andan bu günə qədər bütün maddi-mənəvi çətinliklərə baxmayaraq, onların yanımda olmasının nə qədər dəyərli olduğunu sözlərlə ifadə etmək mümkün deyil.
-
Azərbaycan hökümətinin 10 il bundan qabaq başladığı və bu günə qədər yarımçıq qalmış olduqca vacib bir islahatdan qısaca bəhs etmək istəyirəm.
-
Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Bizim cəmiyyətdə işıqlı insanların yeri günəşin altı olmur. Qaranlıq zirzəmilər olur. İşıq saçmalı olan insanlara küfr yağdırılır. Onların yeganə silahları parlaq ideyalarıdır. Onların yeganə suçu cəmiyyətdə dumanların altında gizlədilmiş həqiqətləri dartıb üzə çıxarmaq və onunla cəmiyyət üzvlərini tanış etmək cəsarəti ilə bağlıdır. Natiq Cavadlı bir jurnalist olaraq belə bir tarix şüuruna və maarifçi bir fəaliyyətə malik insan idi.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Siyasət,
- 12:28
- 278
Rəy yaz