ATƏT-in Minsk Qrupu: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yeni görüşü dekabrda ola bilər
Bakı/16.10.19/Turan: Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yeni görüşü bu ilin dekabrında Slovakiyada ATƏT XİN rəhbərlərinin sammiti çərçivəsində baş tuta bilər. Bu barədə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov jurnalistlərə bildirib.
Sputnik-Armenia məlumat verib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ötən gün Qarabağa gediblər və tanınmamış respublikanın rəhbərliyi ilə danışıqlar aparıblar.
İ.Popov deyib ki, görüş zamanı Zöhrab Mnatsakanyan və Elmar Məmmədyarovun bu ilin sentyabrında Nyu-Yorkda keçirdikləri danışıqların yekunlarını təqdim ediblər. O bildirib ki, mart ayında Vyanada Ermənistan və Azərbaycan liderlərinin müzakirə etdikləri humanitar məsələlərə dair öz yanaşmalarını təqdim ediblər. "Biz əsasən saxlanılan şəxslərin mübadiləsinin təşkili məsələsinə toxunduq. Bu mənada bir neçə ideyamız var, onların reallaşması üzərində iş davam edir. Bu yaxınlarda Cenevrədə olduq, Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Piter Mauer ilə görüşdük, bu mövzuda söhbət etdik", - Popov bildirib.
Oktyabrın 17-də həmsədrlər Bakıda danışıqlar aparacaqlar.-02D-
-
- Sual-cavab
- 16 Oktyabr 2019 15:30
-
- Maliyyə
- 16 Oktyabr 2019 16:30
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz