Açiq mənbələrdən foto.
Avropa İnsan Hüquqları Məhkəməsi jurnalist Sevinc Vaqifqızının işi üzrə qərarını açıqlayıb
Bakı/14.05.20/Turan: Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün jurnalist Sevinc Vaqifqızının şikayətilə bağlı qərarını elan edib. Şikayət Azərbaycan hakimiyyətinin onun ölkədən çıxışına qoyduğu qadağa ilə bağlı idi.
Avropa məhkəməsinin məlumatında deyilir ki, Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Konvensiyasının 2 saylı protokolunun 4-cü maddəsinin (hərəkət azadlığı) və Konvensiyanın 13-cü maddəsinin (effektiv müdafiə hüququ) pozulduğunu tanıyıb və jurnalistə 5 min avro kompensasiya ödəməyə razılıq verib.
AİHM hökumətin təklifini əsaslı hesab edərək işin bağlandığını bildirib.
Xatırladaq ki, 2014-cü ildə “Meydan” TV İnternet kanalına qarşı cinayət işi ilə əlaqədar S.Vaqifqızı və bir qrup digər jurnalisin xarici səfərinə qadağa qoyulmuşdu. Bundan sonra Berlində fəaliyyət göstərən bu kanalla əməkdaşlıq edənlər bir neçə dəfə prokurorluğa çağırılıb, onların xaricdən maliyyələşdirildiyini etiraf etmələri tələb olunmuşdu. Qadağa 2019-cu ilin mayında ləğv edilib. -16D-
Siyasət
-
Azərbaycanın müdafiə nazirinin müavini və Quru Qoşunlarının komandanı, polkovnik-general Hikmət Mirzəyev Türkiyəyə rəsmi səfəri çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Metin Gürak ilə görüşüb.
-
Bakı-Moskva münasibətlərində AZALın təyyarə qəzasından sonra başlayan soyuqluq, deyəsən, güclənir. Bakı getdikcə tez-tez Moskvaya təyyarənin qəzaya uğramasının və vətəndaşlarının həlak olmasının üstünü örtməyə imkan verməyəcəyini göstərir.
-
ABŞ Dövlət katibi Marko Rubio cümə günü əksər mövcud xarici yardım qrantlarının 90 gün müddətinə dayandırılmasını əmr edən göstəriş imzalayıb. Bu qərar Dövlət Departamenti rəsmilərini şoka salıb və Politico-nun məlumatına görə, Ukraynaya hərbi yardımın maliyyələşdirilməsini hədəfə alıb.
-
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, bu barədə Azərbaycan XİN-in yanvarın 25-də yaydığı məlumatda bildirilir.
Rəy yaz