Avropa Parlamentinin deputatları Avropa İttifaqını Azərbaycanla danışıqları dayandırmağa çağırıblar
Bakı/23.10.19/Turan: Avropa Parlamentinin Sosial-demokrat qrupu Avropa İttifaqı rəhbərliyini 19-20 oktyabr tarixlərində Bakıda kütləvi polis zorakılığından və Aİ missiyasının ünvanına iğtişaşlarda iştirak ittihamından sonra Azərbaycan hökuməti ilə danışıqları dayandırmağa çağırıb.
Bununla əlaqədar Sosial-demokrat qrupun xarici işlər üzrə vitse-prezienti Kati Piri deyib:
"Sonuncu zorakılıq Əliyev rejiminin Konstitusiyada nəzərdə tutulan söz, toplaşmaq azadlığına və beynəlxalq öhdəliklərə qarşı hiss etdiyi ikrah hissinin növbəti dəlilidir.
Bundan əlavə, zorakılıq dövlətin müxalifətə və vətəndaş fəallarına qarşı böhtan kampaniyası, o cümlədən öz peşə vəzifələrini yerinə yetirən Aİ diplomatlarına qarşı misli görünməmiş hücumla müşaiyət olunub.
Gender zorakılığına diqqət çəkmək məqsədilə dinc şəkildə toplaşan qadın fəallara qarşı repressiyalar Azərbaycan hökumətinin elan etdiyi gender bərabərliyinə sadiqliyin boş və riyakar olduğunu ifşa edir", deyə o qeyd edib.
Avropa Parlamentinin digər nümayəndəsi Tonino Pikula əlavə edib:
"Ali nümayəndə Federika Mogerinini və Avropa Komissiyasını Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqları Azərbaycan hökuməti əsas hüquqlara riayət etmək öhdəliklərini tamamilə yerinə yetirənə qədər dayandırmağa çağırırıq.
Azərbaycan hakimiyyəti, nəhayət, toplaşmaq azadlığına hörmət etməli, vətəndaş cəmiyyətinin dağıdılmasına son qoymalı və həbsdə qalan bütün dinc nümayişçiləri, hüquq müdafiəçilərini və ya siyasi məhbusları azad etməlidir", deyə o bildirib. -16D-
-
- Siyasət
- 23 Oktyabr 2019 12:06
-
- İqtisadiyyat
- 23 Oktyabr 2019 12:49
Siyasət
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
-
3 fevral, bazar ertəsi günü səhər saatlarında Rusiyanın Astraxan və Volqoqrad bölgələrindəki kritik enerji obyektlərinə görünməmiş pilotsuz uçuş aparatları hücumları olub, yerli rəsmilər bildirib. Astraxanın qubernatoru İqor Babuşkin bölgəsində yanacaq və enerji kompleksinin quraşdırmalarına edilmiş hücum cəhdlərini bildirərək hücumu Ukrayna silahlı qüvvələrinə aid edib. Lakin pilotsuz uçuş aparatlarının sayı və ya onların məhv edilməsi ilə bağlı xüsusi məlumatlar açıqlanmayıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Rəy yaz