Elmlər Akademiyasına yeni president seçiləcək
Bakı/23.10.19/Turan: Oktyabrın 23-də saat 16-da ölkənin Elmlər Akademiyasında ümumi yığıncaq keçiriləcək. İclas iştirakçıları təşkilati məsələyə baxacaqlar. Bu barədə Turan-a Akademiyanın mətbuat xidmətindən bildiriblər.
Elmi dairələrdəki mənbələrin məlumatına görə, alimlər 85 yaşlı Akif Əlizadənin yerinə Akademiyanın yeni sədrini seçəcəklər.
Elə həmin mənbələrin məlumatına görə, Elmlər Akademiyasının prezidenti vəzifəsinə iki namizəd var: Akademiyanın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev və birinci ledinin bacısı, Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz Paşayeva. -03/71B-
-
- Siyasət
- 23 Oktyabr 2019 11:38
Siyasət
-
“Azel” TV saytının rəhbəri, Azərbaycana ekstradisiya məqsədilə Gürcüstanda həbs olunmuş Əfqan Sadıqov fevralın 2-dən quru aclığa başlayıb. Bu barədə Turan-a onun xanımı Sevinc Sadıqova bildirib. Fevralın 2-də o, Əfqan Sadıqov ilə telefonla danışıb.
-
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Anar Məmmədlinin səhhətinin getdikcə pisləşməsinə baxmayaraq, ona adekvat tibbi yardım göstərilmir. Bu barədə Turan-a vəkil Elçin Sadıqov təcridxanada Məmmədliyə baş çəkdikdən sonra bildirib.
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
Rəy yaz