Avropa Şurasının seçkiqabağı missiyası müxalifət liderləri ilə görüşüb
Bakı/24.01.20/Turan: Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin üzvləri –Stefan Şennak (Avstriya), Alfred Heer (İsveçrə), Ravio Tam (Estoniya), Georgios Kartuqkalos (Yunanıstan) yanvarın 23-də müxalifət təmsilçiləri ilə görüşüblər.
Görüşdə Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Haqq-Ədalət Partiyasının təşkilat komitəsinin sədri Əli İnsanov, ReAl Partiyasının sədri İlqar Məmmədov, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli iştirak ediblər.
Müsavat Partiyasının məlumatına görə, görüşdə seçkiqabağı durum, namizədlərin irəli sürülməsi və qeydiyyata alınması mərhələsində müşahidə olunan pozuntular və digər məsələlər müzakirə olunub.
Bildirilib ki, AŞPA-nı təmsil edən 35 nəfərlik müşahidə missiyası fevralın 6-da Bakıya gələcək. Müşahidə qrupu Bakıda və bəzi bölgələrdə səsvermənin monitorinqini həyata keçirərək seçkilərə qiymət verəcək.
Fevralın 9-na təyin olunan növbədənkənar parlament seçkilərini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 350 nəfərlik heyəti də müşahidə edəcək.-03D-
-
- Maliyyə
- 24 Yanvar 2020 13:58
-
- İqtisadiyyat
- 24 Yanvar 2020 15:16
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz