
Bakı/28.04.20/Turan: Azərbaycan Xalq Cümhuriyyətinin (1918-20) ölkənin bolşevik Rusiyası tərəfindən işğalı nəticəsində süqutunun 100-cü ildönümüdür.
Aprelin 27-də Dağıstandakı XI Qızıl ordu Azərbaycana hücuma keçib. Bu şəraitdən istifadə edən Azərbaycan bolşevikləri də eyni gündə Cümhuriyyət hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum təqdim ediblər.
Cümhuriyyət parlamentinin həmin gün iclası 3 saat davam edib, Məhəmməd Əmin Rəsulzadə XI Qızıl ordunun Azərbaycanı işğal etməyə gəldiyini deyib, parlament hakimiyyətin Azərbaycan bolşeviklərinə təhvil verilməsi qərarı çıxarıb.
Beləliklə, 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulduğu tarix kimi qeyd edilib, bu hakimiyyəti 71 il davam edib.
1991-ci il oktyabrın 18-də də isə Azərbaycan parlamenti Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib və bu Akt 29 dekabr 1991-ci ildə ümumxalq referendumu ilə təsdiq edilib.
Hər iki sənədə əsasən Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi-hüquqi varisi elan olunub. Cümhuriyyətin himni, gerbi və bayrağı da olduğu kimi qəbul edilib.
1992-ci il martın 2-də Azərbaycan BMT-yə daxil olub.—05D06-
Rəy yaz