Azərbaycan-İsveçrə siyasi məsləhətləşmələri olacaq
Bakı/01.03.19/Turan: İsveçrə dövlət katibinin müavini Kristina Martins gələn həftə Azərbaycana səfər edəcək. O, Azərbaycan XİN ilə ikitərəfli məsləhətləşmələr aparacaq. Bu barədə İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder bugünkü mətbuat konfransında bildirib.
Danışıqlarda ikitərəfli münasibətlərin perspektivləri, regional məsələlər, Qarabağ münaqişəsi, vətəndaş cəmiyyətinin inkişafı müzakirə olunacaq.
Səfir qeyd edib ki, vətəndaş cəmiyyətinin inkişaf məsələləri iki ölkə arasında danışıqlarda hər zaman var.
Ştalder belə görüşün hər iki tərəf üçün əhəmiyyətini qeyd edib və deyib ki, bu, Azərbaycanın turizm potensialının təqdimatı üçün imkan yaradır.
Mədəni əməkdaşlığın inkişafına toxunan səfir qeyd edib ki, birgə tədbirlər haqda səfirliyin Facebook səhifəsində məlumat əldə etmək olar. O qeyd edib ki, ötən ilin sonlarında yaradılan səhifənin 2 min abunəçisi var.
"İsveçrə Qarabağ münaqişəsinin həllinə nə kimi töhfə verə bilər?" sualının cavabında səfir xatırladıb ki, bu ölkədə Azərbaycan və Ermənistan liderlərinin üç görüşü keçirilib. O danışıqlar üçün belə imkanın yaradılmasına hazır olduqlarını qeyd edib.
Ştalder İsveçrənin Mərkəzi Asiya, Ukrayna, Belarus, Ermənistan və digər ölkələrdəki səfirlərinin bu yaxınlarda Bakıda regional görüşünün planlaşdırıldığını bildirib.
Səfirin müavini Simona Hayberli diqqəti iki ölkə arasındakı texniki əməkdaşlığa yönəldib. Əgər əvvəldə əməkdaşlıq məcburi köçkünlərə humanitar yardım göstərilməsini əhatə edirdisə, Azərbaycanın iqtisadi imkanları genişləndikcə vəziyyət dəyişdi.
Hazırda əməkdaşlıq iqtisadi islahatların və özəl sektorun inkişafına konsultativ dəstəyi əhatə edir. Belə ki, ekspertlər maliyyə hesabatlılığının inkişafı, dövlət borcunun idarə edilməsi, ictimai resurslardan istifadədə şəffaflığa dair konsultativ xidmətlər təqdim edirlər.
Həmçinin qadın sahibkarlara dəstək göstərilir. 10 gündən sonra bizneslə məşğul olmaq istəyən qadınlara yardım üzrə Resurs Mərkəzi açılacaq. Onlar informasiya və məsləhət əldə edə biləcəklər. 20 ildə texniki yardımın ümumi məbləği 91 mln. dollar təşkil edib.
İsveçrə şirkətlərinin gələcək investisiyalarına gəlincə, səfirin sözlərinə görə, Azərbaycanda 20 belə şirkət fəaliyyət göstərir.
Ötən il İsveçrənin işgüzar dairələrindən ibarət nümayəndə heyəti Azərbaycana gələrək mümkün əməkdaşlıq sahələrini müzakirə ediblər. Səfir qeyd edib ki,
İsveçrə biznesi rəqabət mühitinin olduğu, qanunların stabil icra olunduğu, qanunun aliliyinə əməl edildiyi yerlərdə işləməyə üstünlük verir.
Ştalder bildirib ki, bu, onun səfir postunda son mətbuat konfransıdır və 4 illik diplomatik missiyası başa çatdığı üçün yaya qədər Azərbaycanı tərk edəcək.-06D--
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz