Azərbaycan ordusunda generalların sayı artdı
Bakı/25.06.18/Turan: Dövlət başçısı İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin 7 polkovnikinə general-mayor, bir generala general-leytenant rütbəsi verilib.
Prezidentin digər fərmanı ilə 78 hərbçi orden və medallarla təltif edilib. Bunlar müdafiə naziri, Baş Qərargah rəisi, müdafiə nazirinin müavini və SQ birləşmə komandirləridir. Təltif olunanlar baş zabitlərdir. Onların arasında yalnız bir sıravi var - Əli Tatarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təlfif edilib.
Rütbə və mükafatlar Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə verilib. -02D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz