Azərbaycan Rusiyadan 5 mlrd. dollarlıq hərbi məhsul alıb
Bakı/01.09.18/Turan: Azərbaycan Rusiyadan 5 mlrd. dollardan çox dəyəri olan hərbi-texniki təyinatlı məhsul alıb. Bu barədə, TASS-ın məlumatına görə, şənbə günü prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinlə danışıqlarının yekunlarına görə bildirib.
"Biz hərbi-texniki sahədə gələcək əməkdaşlıq məsələsini müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Azərbaycanın Rusiyadan aldığı hərbi-texniki təyinatlı məhsul 5 mlrd. dollardan artıqdır və artış təmayülünə malikdir", deyə Əliyev bildirib.
O, qeyd edib ki, "Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarlara tədarükçüsüdür". -06D-
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
Rəy yaz