Putin və Əliyev siyasət, iqtisadiyyat və Qarabağ məsələlərini müzakirə ediblər
Bakı/01.08.18/Turan: Sentyabrın 1-də günorta saatlarında Rusiya və Azərbaycan prezidentlərinin görüşü başlayıb. Kremlin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyevi salamlayan Vladimir Putin deyib ki, iki ölkənin qarşılıqlı əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır.
"Ötən il ticarət dövriyyəsinin artışı 34% təşkil edib, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsul satışının həcmi 20% artıb.
Təbii ki, bizim həmişə müzakirə edəcək mövzularımız var və şadam ki, dəvətimizi qəbul etdiniz və bu gün Rusiyaya gəldiniz", deyə Putin bildirib.
Cavabda İlham Əliyev deyib ki, iki liderin görüşləri ikitərəfli münasibətlərə dinamizm bəşx edir.
"Biz də bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən məmnunuq. Münasibətlər mükəmməl şəkildə, çox effektiv inkişaf edir.Siyasi dialoq fəaldır. Ticarət dövriyyəsinin artdığını qeyd etdiniz, bu, həm də ölkələrimizin iqtisadiyyatlarında müsbət təmayülləri, həm də iqtisadi əməkdaşlıq üçün böyük potensial olduğunu göstərir. Əminəm ki, ticarət dövriyyəsi qarşıdaki illərdə də artacaq.
Biz energetika sahəsində, nəqliyyat sahəsində əməkdaşlıq edirik.
Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri, regional məsələləri müzakirə edəcəyik.
Odur ki, gündəlik kifayət qədər genişdir. Əminəm ki, bugünki görüşümüz münasibətlərimizə əlavə təkan verəcək", deyə Əliyev bildirib. -02D-
Siyasət
-
Həştərxan üzərində hava məkanının müntəzəm bağlı olması ilə əlaqədar AZAL dövlət aviaşirkəti uçuşların təhlükəsizliyi üçün Bakı–Həştərxan–Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır. Bu barədə fevralın 3-də AZAL Azərbaycan dövlət aviaşirkəti bildirib.
-
Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyi Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyini bildiriblər. Qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən məhv edilib, 6-ı həbs olunub.
-
3 fevral, bazar ertəsi günü səhər saatlarında Rusiyanın Astraxan və Volqoqrad bölgələrindəki kritik enerji obyektlərinə görünməmiş pilotsuz uçuş aparatları hücumları olub, yerli rəsmilər bildirib. Astraxanın qubernatoru İqor Babuşkin bölgəsində yanacaq və enerji kompleksinin quraşdırmalarına edilmiş hücum cəhdlərini bildirərək hücumu Ukrayna silahlı qüvvələrinə aid edib. Lakin pilotsuz uçuş aparatlarının sayı və ya onların məhv edilməsi ilə bağlı xüsusi məlumatlar açıqlanmayıb.
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində fevralın 2-də İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
Rəy yaz