Azərbaycan üçün qapılar açıqdır - Avropa İttifaqı
Bakı/23.11.18/Turan: Avropa İttifaqının Bakı nümayəndəliyi Azərbaycan hökumətinin nümayəndə heyətinin "Şərq Tərəfdaşlığı" çərçivəsində dekabrın 10-12-də Tbilisidə keçiriləcək 10-cu Vətəndaş Cəmiyyəti Forumu Assambleyasına dəvət olunmaması və tədbirin qətnaməsinə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında bənd daxil edilməməsi haqqında məlumatları şərh edib.
Turan agentliyinin bu məsələ ilə bağlı sorğusuna cavab olaraq Aİ missiyasından bildiriblər ki, Şərq Tərəfdaşlığına daxil olan altı dövlətin hər birindən olan vətəndaş cəmiyyəti təşkilatları və Avropa İttifaqı illik iclasda bir araya gələcəklər.
Bu tədbir 2009-cu ildən etibarən hər il təşkil olunmaqdadır. Azərbaycan daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin hökumət nümayəndələri də İclasda iştirak etməyə dəvət olunub.
Hələ ki, heç bir Qətnamə qəbul edilməyib və ya razılaşdırılmayıb. Təşkilatçılar bu iş üzərində çalışırlar. Aİ qurumları sənədin layihəsinin hazırlanması prosesinə heç bir halda cəlb olunmayıb və ya qətnamənin mətninə dair razılıq verməsi üçün onlara müraciət edilməyib. Aİ-nın rəsmi mövqeyi Şərq Tərəfdaşlığının Sammit bəyannamələrində aydın ifadə olunub ki, ən son bəyannamə 2017-ci ilin 24 noyabr tarixində Brüssel Sammitində qəbul olunub.
Qeyd edək ki, sözügedən bəyannamədə Avropa İttifaqının bütün tərəfdaş ölkələrin ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiqdir.
Öz növbəsində, "Şərq Tərəfdaşlığı"nın Vətəndaş Cəmiyyəti Forumunun rəhbər komitəsi Azərbaycan KİV-lərindəki nəşrlərlə bağlı bildirib ki, illik Assambleyaya hazırlıq və qonaqlar siyahısının müəyyən edilməsi davam edir.
Rəhbər komitə bildirir ki, "Şərq Tərəfdaşı"nın iştirakçısı olan ölkələrin təkcə vətəndaş cəmiyyətindən deyil, hökumətlərindən də yüksək səviyyəli iştirakçıları qarşılamaqda şad olacaq.
Görüşdə "Şərq Tərəfdaşlığı"nın iştirakçısı olan bir çox ölkələrin müstəqilliyinin 100 illiyinə həsr edilmiş qətnamənin qəbul edilməsi planlaşdırılır və sənəd hələ layihə formasındadır, nümayəndələr hələlik ona düzəlişlər edəcəklər.
Rəhbər komitə xatırladır ki, Forum Avropa İttifaqının dəstəyi ilə işləyən qeyri-hökumət təşkilatlarının müstəqil şəbəkəsidir. Forumun rəhbər komitəsi onun bəyanatlarına görə bütün məsuliyyəti öz üzərinə götürür və onları Avropa İttifaqının fikri ilə eyniləşdirmək olmaz.
Rəsmi Bakının və hakimiyyətyönlü KİV-lərin Azərbaycan hökuməti nümayəndələrinin Tbilisi Forumuna dəvət edilməməsi haqqında məlumata əsəbi reaksiyası qətiyyən başa düşülən deyil.
Əvvəllər rəsmi Bakı nümayəndələri bu cür görüşlərdə iştirakdan hər yolla qaçmağa çalışırdılar və Avropa donorlarının Azərbaycan vətəndaş cəmiyyəti institutlarını dəstəkləməsini təqdir etmirdilər, "Şərq Tərəfdaşlığı"nın Vətəndaş Cəmiyyəti Forumunun yerli QHT-lərin işinə mane olmamaq və onların fəaliyyətinə olan maneələri aradan qaldırmaq çağırışlarına məhəl qoymurdular. -06D-
Siyasət
-
Qazaxıstanın nəqliyyat naziri Marat Karabaev fevralın 4-də keçirilən mətbuat konfransında bildirib ki, AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabat yaxın günlərdə dərc olunacaq.
-
Çərşənbə axşamı Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin reportyoru Ramin Cəbrayılzadənin (Deko) ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib.
-
Fevralın 3-də Bakı Apellyasiya Məhkəməsi hakim Habil Məmmədovun sədrliyi ilə Nərimanov Rayon Məhkəməsinin iqtisadçı və siyastəçi Qubad İbadoğlunun bütün əmlakının üzərinə həbs qoyulması barədə qərardadından verilən şikayəti təmin etməyib.
-
Bazar ertəsi ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru səlahiyyətlərini müvəqqəti icra edəcəyini açıqlayıb, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.
Rəy yaz