Azərbaycan və Gürcüstan QHT-lərinin nümayəndə heyətləri Aİ Konfransının vətəndaş cəmiyyəti ilə bağlı yekun bəyannaməsini dəstəkləməyiblər
Tallin/25.10.17/Turan: Azərbaycan və Gürcüstan QHT-lərinin nümayəndələri Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının Tallində keçirilən "İnsanlar üçün real nəticələr: 2020-ci ildə və daha sonra Şərq Tərəfdaşlığı necə olacaq?" mövzusunda vətəndaş cəmiyyəti konfransının yekun bəyannaməsini imzalamaqdan imtina ediblər.
Turan-ın xüsusi müxbirinin Tallindən verdiyi məlumata görə, buna bəyannamənin Aİ-yə münaqişə zonalarında işləyən QHT-lərin birbaşa maliyyələşdirilməsi haqqında tövsiyələr nəzərdə tutan bəndi səbəb olub.
Azərbaycan və Gürcüstan nümayəndə heyətləri hesab edirlər ki, bu maddə müstəqilliyini elan etmiş separatçı "respublikalarda" QHT-lərin Aİ-dən birbaşa investisiyalar almasına xidmət edir.
Amma Azərbaycan və Gürcüstan nümayəndə heyətləri bu bəndi bəyannamə mətnindən çıxartdırmağa müvəffəq olmayıb. Konfransda iştirak edən cəmi 66 nümayəndə bu bəndin mətndən çıxarılmasının lehinə səs verib. Buna cavab olaraq hər iki nümayəndə heyəti bütünlükdə yekun bəyannamə mətni üzrə səsvermədə iştirakdan imtina etmək barədə razılığa gəliblər. -71D-
-
- İqtisadiyyat
- 25 Oktyabr 2017 13:49
-
- Maliyyə
- 25 Oktyabr 2017 13:53
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz