![Azərbaycan və Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin görüşü keçirilib](https://turan.az/resized/media/2019/main/112600023293-750-500-resize.webp)
Azərbaycan və Rusiya Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin görüşü keçirilib
Bakı/26.11.19/Turan: Noyabrın 26-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyası Silahlı Qüvvələrin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.
Qonaqları salamlayan Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi iki ölkə arasında əlaqələrin genişlənməsində dövlət başçılarının böyük rol oynadıqlarını, əməkdaşlığın dostluq və qarşılıqlı inama əsaslandığını, bu əlaqələrin daim inkişaf etdiyini və son illərdə strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini qeyd edib.
Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq planının imzalandığını vurğulayan general-polkovnik N.Sadıkov hərbi sahənin müxtəlif istiqamətlərini əhatə edən tədbirlərin sayının artdığını qeyd edib.
Hərbi-texniki sahədə əməkdaşlıq haqqında danışan Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qeyd edib ki, ölkəmiz Rusiyanın müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verir.
Bölgədəki hərbi-siyasi vəziyyətə və təhlükəsizlik məsələsinə toxunan general-polkovnik N.Sadıkov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edərək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini qeyd edib.
Sonra tərəflər hərbi, hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və hərbi təhsil sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, həmçnin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparıblar.
Sonda ordu generalı V.Gerasimov NATO-nun Hərbi Komitəsinin sədri ilə ikitərəfli görüşün Bakıda təşkil edilməsi və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib. -0-
-
- Siyasət
- 26 Noyabr 2019 18:03
-
- İnsan Hüquqları
- 26 Noyabr 2019 23:31
Siyasət
-
Fevralın 6-da Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Ceyms Vensla görüşüb.
-
Dövlət başçısının 7 fevral tarixli sərəncamı ilə Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Bundan əvvəl nazir müavini olub.
-
Azərbaycanın “Azel” TV saytının rəhbəri, Bakının sorğusu əsasında Gürcüstanda həbs edilmiş Əfqan Sadıqov fevralın 2-də başladığı quru alcığı fevralın 6-da dayandırıb. Lakin əvvəlkitək yeməkdən imtina edir və ancaq su içir. Onun aclığı 142 gündür ki, davam edir, fevralın 7-də xanımı Sevinc Sadıqova Turan agentliyinə bildirib.
-
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına dair bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Rəy yaz