![Zakir Həsənov ser Stüart Piiçlə görüşüb](https://turan.az/resized/media/2019/main/112600023292-750-500-resize.webp)
Zakir Həsənov ser Stüart Piiçlə görüşüb
Noyabrın 26-da müdafiə naziri Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri ser Stüart Piiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Z.Həsənov Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 25 illik dayanıqlı əməkdaşlıq inkişaf edir. O, Azərbaycanın Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfəni qeyd edib.
Nazir NATO-nun Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi siyasi dəstəyi xatırladaraq Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.
Ser Stüart Piiç Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu qeyd edərək Azərbaycanın terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib, Alyansın bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakını, habelə NATO-nun müxtəlif qərargahlarında xidmət edən zabitlərimizin hazırlıq səviyyəsini xüsusi vurğulayıb.
Ser Stüart Piiç NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və NATO arasında həyata keçirilən əməkdaşlıq proqramları çərçivəsində əməliyyat hazırlığı, təlimlərin keçirilməsi, hərbi təhsilin inkişafı, qüvvələr arasında qarşılıqlı uzlaşmanın əldə olunması məsələləri müzakirə edilib, həmçinin əməkdaşlığın inkişaf perspektivləri və NATO-nun İraqda həyata keçirdiyi missiyaya ölkəmizin mümkün töhfəsi barədə fikir mübadiləsi aparılıb.--0--
-
- Siyasət
- 26 Noyabr 2019 18:09
Siyasət
-
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarənin qəzaya uğramasına dair bəyanatla çıxış etməyi planlaşdırmır. Bu barədə cümə günü Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
-
Bakıdakı "Rus Evi" ətrafında vəziyyət Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin ilə İlham Əliyev arasında müzakirə oluna bilər. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.
-
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Bakıdakı "Rus evi"nin ünvanına ittihamları "absurd" adlandırıb. Fevralın 6-da brifinqdə o deyib ki, Moskva “feykləri” dərc edən KİV-lərin təkzib verməsini gözləyir.
-
Fevralın 6-da hakim Faiq Qəniyevin sədrliyilə Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin onu Cinayət Məcəlləsinin 147.1-ci maddəsilə (böhtan) təqsirli bilərək 1500 manat cərimə edən Nəsimi Rayon Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.
Rəy yaz