Leyla Abdullayeva. Açiq mənbələrdən foto.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Ermənistandakı səfirinə cavab verib
Bakı/15.04.21/Turan: Azərbaycan Xarici İşlər Nazirliyi “müharibə tamaşa predmeti olmamalıdır” fikrini söyləyən Fransanın Ermənistandakı səfirini tənqid edib. O, Bakıda Hərbi Qənimətlər Parkının açılmasını belə qiymətləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Leyla Abdullayeva öz şərhində Fransa səfirinə öncə öz ölkəsinə nəzər salmağı tövsiyə edib. “Tarix boyu çoxsaylı müharibələrdən keçən və bu müharibələrlə bağlı kompozisiyaları, səfirin dili ilə desək “tamaşaları” müxtəlif muzeylərdə sərgiləyən Fransa səfiri bizə düşməndən götürülən qənimətlərlə necə davranacağımızımı deyəcək?”, - o qeyd edib.
Səfir Ermənistanın məğlubiyyətini "ləyaqətli" adlandırıb. Nə üçün 30 il müddətində Azərbaycan torpaqlarının işğalı haqda heç bir şey demir?
“Uzun illərdir ki, vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsi verdiyi şərhlərə daha məsuliyyətlə yanaşmalıdır”, -Leyla Abdullayeva vurğulayıb. -02B
-
- Siyasət
- 15 Aprel 2021 13:35
Siyasət
-
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 20-də Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlib.
-
Azərbaycan vətəndaşı Fərid Səfərli İran həbsxanasından azad edilərək ölkəsinə qaytarılıb.
-
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “III Respublika Platforması”nın (ResPlatforma) spikeri Akif Qurbanov ailəsinə məxsus əmlaka həbs qoyulması ilə bağlı açıqlama yayıb. Açıqlama Qurbanova məxsus olduğu bildirilən facebook səhifəsində dərc edilib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov həbs cəzası çəkdiyi 7 saylı penitensiar müəssisədə aclıq elan edib. Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının məlumatında deyilir. Aclığa səbəb Əhmədovun karserə salınmasıdır.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Siyasət,
- 00:12
- 419
Rəy yaz