
Путин и Лукашенко
Bakı/15.04.21/Turan: Aprelin 14-də axşam Rusiya və Belarus prezidentləri arasında telefon danışığı olub.
Putin və Lukaşenko ikitərəfli gündəliyin mühüm məsələlərini müzakirə ediblər, - Kremlin məlumatında deyilir.
"Aleksandr Lukaşenkonun Azərbaycana səfəri kontekstində Dağlıq Qarabağ nizamlanmasına mövzusuna da toxunulub", - məlumatda qeyd edilir.
Telefon danışığı barədə Belarus prezidentinin mətbuat xidməti də məlumat verib. Iakin orada Qarabağ haqda bir kəlmə belə yoxdur.
"Dövlət başçılarının diqqət mərkəzində Belarus-Rusiya münasibətlərinin inkişafı olub, həmçinin prezidentlər beynəlxalq gündəliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar, qarşıdakı görüşlərin qrafikini müzakirə ediblər", - Belarus prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd edək ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qəbulu son günlər aktiv şəkildə müzakirə olunmağa başlayıb. Qeyri-rəsmi məlumatlara görə, bu məsələyə təşkilatın yaxın sammitində təşəbbüs göstəriləcək. Lakin məsələnin həlli üçün təşkilatın bütün üzvlərinin, o cümlədən Ermənistanın razılığı lazımdır. İstisna edilmir ki, Putin və Lukaşenko məhz bunu – Ermənistanı necə razı salmağın yollarını müzakirə ediblər. -02D-
Rəy yaz