
Açiq mənbələrdən foto.
Bakı/15.04.21/Turan: Mayın 1-dən respublikada "Azərbaycan Standartlaşdırma İnstitutu"nun (AIS) 31 mart 2021-ci il tarixli 31212323400030 №-li əmri ilə təsdiq edilmiş AZS ISO 37001: 2021 "Rüşvətxorluğa qarşı idarəetmə sistemləri – Təlimatlarla birgə tələblər” dövlət standartı qüvvəyə minir.
Eyni adlı layihə AIS (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan publik hüquqi şəxs) tərəfindən beynəlxalq standartlara əsasən və Milli Standartlaşdırma Sistemini beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb və "Uyğunluğun Qiymətləndirilməsi" Standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən təqdim edilib.
AZS ISO 37001: 2021 standartı rüşvətxorluğa qarşı mübarizə üzrə idarəetmə sisteminin yaradılması, tətbiqi, icrası, təhlili və təkmilləşdirilməsinə dair tələbləri və təlimatları müəyyənləşdirir.
Həmin sənəd yalnız rüşvətxorluq əleyhinə mübarizə sahəsində tətbiq olunması üçün nəzərdə tutulmuşdır: o, hər hansı bir təşkilata onun rüşvətxorluğun qarşısının alınması, aşkarlanması və ona əksüləməl göstərilməsi, həmçinin qurumun rüşvətxorluğa qarşı qanunlar və öz könüllü öhdəlikləri əsasında fəaliyyətinin dəstəklənməsi üçün işlənmiş idarəetmə sistemi üzrə tələbləri və təlimatları təsbit edir.
İdarəetmə sahəsində yeni standartlar, əsasən, müəssisələrin buraxdığı məhsulların və göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldlməsini təmin etmək, işə cəlb olunan ehtiyatların optimallaşdırmaq, istehsalın səmərəliliyi və müştəri məmnunluğunu artırmaq və s. məqsədi nilə qəbul edilir.- 08D-
Rəy yaz