официальный представитель МИД Лейла Абдуллаева
Azərbaycan XİN: Mxitaryan Bakıya gələ bilər
Bakı/11.05.19/Turan: Azərbaycan Xarici İşlər Nazirliyində Londonun "Arsenal" klubunun yarımmüdafiəçisi, milliyyətcə erməni olan Henrix Mxitaryanın mayın 29-da Avropa Liqasının finalında "Çelsi"yə qarşı matçda iştirak etmək üçün ölkəyə gəlməsində heç bir problemin olmadığını bildiriblər.
"Azərbaycanda çoxlu mühüm idman tədbirləri keçirilib və onlarda erməni idmançılar da iştirak ediblər. İdman və siyasət bir-birindən ayrıdır", - XİN rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.
Qeyd edək ki, Azərbaycan bundan öncə də 2015-ci ildə Avropa Liqasının oyunları çərçivəsində Mxitaryanın "Qəbələ" klubu (Qəbələ) ilə oynamaq üçün "Borussiya" klubunun (Dortmund) tərkibində, 2018-ci ildə isə "Qarabağ" klubu (Ağdam) ilə oynamaq üçün "Arsenal"ın tərkibində Bakıya gəlməsinə etiraz etməyib. Lakin Mxitaryan Azərbaycana gəlməkdən imtina edib.
Dövlət Turizm Agentliyi digər dövlət strukturları, Azərbaycan Hava Yolları (AZAL) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsinə və gələn turistlər və qonaqlar üçün əlverişli şəraitin yaradılmasına tam hazır olduqlarını bildiriblər.
Mayın 29 və 30-da AZAL tərəfindən həyata keçiriləcək London-Bakı-London birbaşa reysi ilə yanaşı əcnəbi azarkeşlər üçün 40-dən çox çarter reysi təşkil olunacaq. Bundan əlavə, finala çıxan klublar, UEFA Avropa Liqası və AZAL arasında əlavə çarter reyslərinin təşkilinə dair danışıqlar aparılır.
Azərbaycanın dövlət qurumlarının məlumatına görə, Bakıda keçiriləcək final oyununa 30-35 mindən çox azarkeşin gəlişi gözlənilir. -06B-
-
- Siyasət
- 11 May 2019 13:16
Siyasət
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
-
Yanvarın 22-də Davosda İqtisadi Forum çərçivəsində Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub.
-
On beynəlxalq hüquq-müdafiə təşkilatı Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciət edərək Azərbaycanın bu qurumda səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün dəqiq meyarları müəyyən etməyə çağırıb.
Rəy yaz