
Bakı/13.03.20/Turan: Azərbaycanda daha 4 vətəndaşa koronavirus diaqnozu qoyulub. Onlar İrandan və İtaliyadan qayıdanlardır. Bu barədə martın 13-də Nazirlər Kabineti yanında Operativ qərargah bildirib. Onlar xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.
Bundan öncə koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş Azərbaycan vətəndaşının (1938-ci ildə anadan olub) vəziyyəti stabil ağır olaraq qalır.
Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 19 nəfərə çatıb. Eyni zamanda bir qadın ölüb, üç nəfər sağalaraq evə buraxılıb.–06D-
Rəy yaz