Халаф Халафов
Bakıda Azərbaycan-Gürcüstan delimitasiya komissiyasının iclası keçiriləcək
Bakı/21.05.19/Turan: Mayın 23-24-də Bakıda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə Azərbaycan XİN mətbuat xidməti məlumat yayıb.
Nümayəndə heyətinə xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və Laşa Darsaliya rəhbərlik edəcəklər.
8 illik fasilədən sonra komissiya öz işini bərpa edir.
Hər iki ölkənin sərhəddində yerləşən "Keşikçidağ" / "David Qareci" monastr kompleksinin statusu ilə bağlı Gürcüstanda müzakirələr başladıqdan sonra delimitasiya məsələsi aktuallaşıb.-06D--
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz