
Bakı/23.01.18/Turan: BMT-nin Azərbaycandakı nümayəndəliyi İsrail səfirliyi ilə birgə yanvarın 23-dən 27-nə kimi Azərbaycanda "Xolokost həftəsi" keçirir. Həftə ərzində müxtəlif təhsil ocaqlarında sərgilər və "Xolokostun uşaqları" adlı sənədli film nümayiş etdiriləcək. Bu barədə BMT-nin Azərbaycan ofisinin mətbuat nümayəndəliyi məlumat yayıb.
Tədbirlər ADA Universiteti, Binəqədi Rayon Gənclər Evi və Bakı Oxford məktəbində baş tutacaq.
İlk tədbir yanvarın 24-də saat 10:00-da Gənclər Evində keçiriləcək. -02D-
Rəy yaz