BQXK: Azərbaycanda 4000-ə yaxın itkin düşmüş şəxs var
BQXK: Azərbaycanda 4000-ə yaxın itkin düşmüş şəxs var
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda 4000-ə yaxın itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) ilə sıx əməkdaşlıq edir.
Bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü münasibəti ilə yaydığı məlumatda deyilir.
“Biz eyniləşdirmə prosesinə dəstək məqsədilə itkin düşmüş şəxslərin ailələ üzvlərindən 11000-ə yaxın bioloji istinad nümunəsi götürmüş, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq edərək, itkin düşmüş şəxslər haqqında ətraflı ante mortem məlumatlar toplamış və Dövlət Komissiyasına təhvil vermişik”, deyə məlumatda qeyd edilir.
BQXK-nın itkin ailələri arasından seçərək psixososial, hüquqi və tibbi dəstək göstərmək üçün təlim keçdiyi sirdaşlar 2024-cü ilin birinci yarısında 1 400-dən çox itkin ailəsi ilə əlaqə saxlayıb.
“Sirdaşlar eyniləşdirilərək nəşi ailələrinə qaytarılmış insanların yas mərasimləri zamanı onların ailə üzvlərini 350 dəfədən çox ziyarət edib”.
Məlumatda qeyd edilir ki, BQXK-ya verdikləri məlumata əsasən, regionda münaqişə ilə əlaqədar 4000-ə yaxın azərbaycanlı və 1000-ə yaxın erməni itkin hesab edilir.
Öz növbəsində, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov bildirib ki, bu il avqustun 1-nə olan məlumatlara əsasən, silahlı münaqişə nəticəsində 3 min 968 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
“Onlardan 3 min 962 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə Vətən müharibəsində itkin düşüb. 3 min 968 nəfərdən 3 min 202 nəfəri hərbçi, 766 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 69 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 283 nəfəri qadın, 334 nəfəri ahıl yaşlı şəxs olub.
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl yaşlı şəxs əsir-girov götürülüb”, deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırkı dövrədək azad olunmuş ərazilərdə aparılmış qazıntılar zamanı 18 kütləvi məzarlıq aşkarlanıb və həmin məzarlıqlardan 169 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanlarının nümayəndələrinin iştirakı ilə ekshumasiya edilmilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılmış tikinti-quruculuq işləri nəticəsinə 259 şəxsə aid meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Ümumilikdə bu günədək ümumilikdə 613 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb”, deyə o qeyd edib.
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz