Çexiyanın ticarət və sənaye naziri Bakıya gələcək
Martın 3-də Çexiyanın sənaye və ticarət naziri Yan Mladek Bakıya rəsmi səfərə gəlir.
Çexiyanın Azərbaycandakı səfirliyindən Turan-a verilən məlumata görə, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə və digər hökumət üzvləri ilə danışıqlar zamanı iqtisadi əməkdaşlığın gələcək inkişafı məsələləri müzakirə olunacaq.
2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 mlrd. avro təşkil edib ki, bu da 2013-cü ildə olduğundan 23% çoxdur.
Çexiya Azərbaycandan əsasən neft alır və sənaye avadanlığı və istehlak malları ixrac edir.
Son 10 il ərzində Çexiya bankları Azərbaycana 1,5 mlrd. dollar borc verib.
Rəsmi səfər çərçivəsində biznes forum təşkil ediləcək. Forumda Çexiyanın 32 şikəti və bankı iştirak edəcək. Tədbir Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil edilib.
Çexiya tərəfindən təşkilatçı MDB ölkələri ilə İqtisadi Əlaqələr Palatasıdır. -02D-
-
- İqtisadiyyat
- 27 Fevral 2015 14:12
-
- Siyasət
- 27 Fevral 2015 15:28
Siyasət
-
Bu həftə Tramp administrasiyası Türkiyə ilə yeni danışıqlara başlayıb, ikitərəfli və regional məsələlərə, o cümlədən Cənubi Qafqazdakı sülhə xüsusi diqqət yetirib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rəy yaz