DQMŞ sentyabrın 23-nə mitinq təyin edib
Bakı/15.09.17/Turan: Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) sentyabrın 23-nə mitinq təyin edib. Bu barədə DQMŞ Koordinasiya Mərkəzinin üzvü, Azərbayan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Facebook vasitəsilə birbaşa efirdə bildirib.
Aksiya sentyabrın 23-də saat 15.00-dan 17.00-dək Bakıda "Məhsul" stadionunda keçiriləcək.
Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq xəbərdarlıq göndərilib.
Ə.Kərimli bildirib ki, aksiya "landromat" qalmaqalı ilə bağlıdır. Söhbət 2012-2014-cü illərdə pulların yuyulması və lobbiçilik fəaliyyətinə ödənilməsi məqsədilə 2,9 mlrd. dolların Azərbaycandan çıxarılmasının OCCRP beynəlxalq jurnalist araşdırma şəbəkəsi tərəfindən aşkar edilməsindən gedir.
Ə.Kərimlinin sözlərinə görə, DQMŞ Baş Prokurorluqdan korrupsiya yolu ilə əldə edilmiş pulların ölkədən çıxarılması ilə bağlı cinayət işini başlamağı tələb edib.
Eyni zamanda bu qalmaqalla əlaqədar vətəndaşlarının həmin "qara kassa"dan istifadədə əli olan 8 ölkədə cinayət işi başlayıb, Azərbaycanda isə heç bir təhqiqat aparılmlr.
Avropa parlamenti də bu korrupsiya faktlarının araşdırılması barədə qətnamə qəbul edib.
Ə.Kərimli qeyd edib ki, ABŞ-da Azərbaycanda insan haqlarını pozan məmurlara qarşı sanksiyalara təşəbbüs göstərilib, amma hakimiyyət buna reaksiya vermir.
Mitinqdə qanunsuz yollarla ölkədən çıxarılan pulların qaytarılması, günahkarların cəzalandırılması tələb olunacaq.
Qeyd edək ki, rəsmi Bakı nümayəndələri OCCRP-nin araşdırmasında irəli sürülən fikirləri inkar edərək bunu Azərbaycana düşmən qüvvələrin növbəti təxribatı adlandırıblar.-03D06--
-
- Cəmiyyət
- 15 Sentyabr 2017 10:56
-
- İqtisadiyyat
- 15 Sentyabr 2017 11:22
Siyasət
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Yanvarın 31-də vəkil Elçin Sadıqovun 15 saylı cəzaçəkmə müəssisəsində xeberman.com saytının rəhbəri Polad Aslanov və bloger Rəşad Ramazanovla görüşməsinə icazə verilməyib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Yanvarın 31-də Tbilisi şəhər məhkəməsi Azərbaycanın Azel TV saytının təsisçisi Əfqan Sadıqovun həbs müddətini 3 ay uzadıb.
Rəy yaz