![Ekspertlərin İ.Əliyevin avrointeqrasiyadan imtina haqqında bəyanatı ilə bağlı şərhləri](https://turan.az/resized/media/2019/main/112700023330-750-500-resize.webp)
Ekspertlərin İ.Əliyevin avrointeqrasiyadan imtina haqqında bəyanatı ilə bağlı şərhləri
Баку/27.11.19/Turan: Ekspertlər Azərbaycan prezidenti İlham Əliyevin avrointeqrasiyadan imtina haqqında bəyanatını birmənalı qiymətləndirməyiblər.
"Bu bəyanatı faciə hesab edirəm. Birincisi, Azərbaycanın bütün Konstitusiya sənədlərində avrointeqrasiya kursu əksini tapıb. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında avrointeqrasiya prioriteti göstərilib. Bu sənəd parlament tərəfindən qəbul edilib. Bu sənəd parlament tərəfindən qəbul edilib. Prezidentin çıxışı isə buna ziddir. O, sadəcə olaraq təəccübləndirir", deyə politoloq Hikmət Hacızadə bildirib.
O, Əliyevin bəyanatının səbəbləri haqqında birmənalı danışmağa çətinlik çəkib. Amma politoloq bunun Rusiyaya mesaj olduğu fikrinə meyllidir.
"Görünür, Rusiyaya göstərmək istəyirlər ki, o tərəfə (Avropa) getməyəcəyik. Sizinləyik. Qarabağı bizə qaytarın", deyə Hacızadə bildirib.
Son vaxtlar Əliyevin Xalq Cəbhəsi və Müsavat partiyalarının ünvanına ittihamları da buna xidmət edir.
"Bu, Qərbyönlü qüvvələrin inkişafına imkan verməyəcəyik" mesajıdır", Hacızadə belə hesab edir.
Politoloq Qabil Hüseynli fərqli fikir bildirib. O hesab edir ki, Azərbaycan Aİ ilə yeni tərəfdaşlıq sazişi imzalamağa tələsmir, çünki Aİ bu sazişdə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək ifadə etmir.
Eyni zamanda, politoloq İ.Əliyevin bəyanatında birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə baş tutmuş RF səfərinin uğuruna dəlalət edən mesajlar görür.
Hüseynli qeyd edib ki, Rusiya birmənalı olaraq region ölkələrinin NATO ilə əməkdaşlığına qarşı çıxır.
Onun fikrincə, bəlkə də Bakı Rusiya ilə tərəfdaşlığın dərinləşdirilməsi kursu seçib. Eyni zamanda, politoloqun fikrincə, hakimiyyət Rusiyanın regional məsələlərə hədsiz təsir imkanlarını nəzərə alaraq, Qarabağ məsələsində onu neytrallaşdırmağa çalışır.
Bununla belə, ekspert RF SQ Baş Qərargah rəisinin və NATO-nun komitə sədrinin dünən Bakıda keçirdiyi görüşlərə diqqət çəkərək, Azərbaycanın dünyanın güc mərkəzləri arasında siyasi manevrlərini qeyd edib.
"Azərbaycan hələlik Qarabağ məsələsində nə Qərbin, nə də Rusiyanın birmənalı dəstəyini əldə edə bilmir. Amma, çox güman ki, Rusiyanı daha əlverişli məkan hesab edir və buna görə Bakı bu istiqamətdə səyləri artırır", deyə Hüseynli bildirib. -06D-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz