İqbal Ağazadənin evində naqilləri kəsən şəxs saxlanılıb
Bakı/27.11.19/Turan: "Ümid" Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı İqbal Ağazadənin evində elektrik naqillərini kəsən şəxs saxlanılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidməti məlumat yayıb.
Hüquq mühafizəçiləri elektrik naqillərini kəsən 1986-cı il təvəllüdlü Pestryakov Vladislav Yuriyeviçi izləyərək, digər şəxslərlə birlikdə saxlayıblar və Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təhvil veriblər.
Ağazadəyə qarşı ehtimal olunan təxribatın araşdırılması zamanı Pestryakovun 2013-cü ildən Ruhi-Əsəb Xəstəxanasında qeydiyyatda olduğu müəyyən olunub.
O, izahatında bildirib ki, Ağazadənin yaşadığı ev onun tanışının evi olub və indi orada başqa şəxsin yaşaması Pestryakovu "narahat edir".
Faktla bağlı araşdırma davam edir. -06D-
-
- Siyasət
- 27 Noyabr 2019 17:40
Cəmiyyət
-
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub
-
Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
Rəy yaz