Премьер-министр Армении Никол Пашинян
Ermənistan başçısı cəbhədə atəşkəsin pozulmasının aşağı səviyyədə olduğunu bildirib
Yerevan/26.06.18/Turan: Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 25-də öz Facebook səhifəsində kifayət qədər qeyri-adi bəyanat dərc edib.
"Biz son illər atəşkəs rejiminin pozulmasının səviyyəsinin heç vaxt olmadığı qədər aşağı olduğunu qeydə alırıq", deyə o, oxucuların Qarabağda cəbhə xəttində vəziyyət haqqında suallarına cavab verib.
"Orta statistik məlumatlara görə, mənim seçilməyimdən sonra atəşkəsin pozulması səviyyəsi heç vaxt olmadığı qədər aşağıdır. Bununla belə, təəssüf ki, itkilərimiz də var. Ön cəbhədə Azərbaycan qoşunlarının müəyyən cəmləşmələri var. Bəzən onlar artır, bəzən azalır. Naxçıvan istiqamətində müəyyən gərginlik var", deyə o bildirib.
Müharibənin bərpa edilməsi ehtimalı haqqında suala cavabda Paşinyan deyib ki, istənilən an hazır olmaq lazımdır, amma indi "uzun illər boyunca mövcud olan adi vəziyyətdir. Münaqişə həll olunmayıb, biz yarımhərbi vəziyyətdəyik, bu vəziyyət istənilən an dəyişə bilər. Biz işləməliyik, Müdafiə Nazirliyi isə öz işini görməlidir. Demək istəmirəm ki, narahatlıq üçün əsas yoxdur, amma belə bir əsasın olduğunu da demək istəmirəm", deyə o bildirib.
Qeyd edək ki, dövlət başçısının bu ifadələri erməni hərbiçilərinin və siyasətçilərinin cəbhədə gərginliyin artması, Azərbaycan qoşunlarının cəmləşməsi və təmas xəttində çoxsaylı təxribatlar haqqında iddialarına ziddir.
Paşinyanın bu "sülhsevər" bəyanatının nə ilə izah olunduğunu demək çətindir, amma o, açıq-aşkar müharibənin bərpası ilə bağlı həyəcanı yumşaltmaq məqsədi daşıyır. Bundan başqa, bu, Bakı üçün müəyyən siqnal ola bilər. -02D-
-
- Cəmiyyət
- 26 İyun 2018 11:42
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz