Lynn Tracy
Ermənistan KİV ABŞ səfirinin bəyanatlarını öz bildiyi kimi şərh edir
Bakı/23.08.21/Turan: ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi hesab edir ki, bu yaxınlarda Dağlıq Qarabağda baş vermiş müharibənin nəticələri aradan qaldırılmayıb, münaqişə həll olunmayıb, çünki Dağlıq Qarabağın statusu hələ müəyyənləşdirilməyib. Bu barədə "Armenpress" agentliyi məlumat yayıb. Lakin səfirin dərc olunmuş sitatlarında "Dağlıq Qarabağın statusu" haqda söz yoxdur.
"Biz Minsk Qrupunun həmsədri kimi işləyəcəyik, bu mövqelərdən vəziyyətin gərginliyini azaltmağa, insidentləri aradan qaldırmağa çalışacağıq ki, qalan məsələləri, müharibədən sonrakı vəziyyəti və digər məsələlərin yekun tənzimlənməsini nəzərdən keçirə bilək", - agentlik səfirdən sitat gətirib.
Ermənistanın Sünik vilayətində olan səfir deyib: "İyul ayında Geqarkunik vilayətində insidentlərin qeydə alındığı sərhəd rayonlarından birində oldum. Demək istəyirəm ki, zorakılığa mümkün qədər tez son qoyulması üçün vəziyyətin deeskalasiyasına çağırırıq", - Linn Treysi deyib.
İki gün öncə həmin agentlik ABŞ Dövlət Departamentinin regionda vəziyyətlə bağlı "Armenpress" in sorğusuna cavabını dərc edib və bunu "Dövlət Departamentinin bəyanatı" adlandırıb.
"Birləşmiş Ştatlar münaqişənin uzunmüddətli siyasi nizamlanmasına nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında mümkün qədər tez substantiv danışıqlara qayıtmağa çağırır", - sorğuya cavabda bildirilir.-02D
-
- Cəmiyyət
- 23 Avqust 2021 13:43
-
- İqtisadiyyat
- 23 Avqust 2021 15:07
Siyasət
-
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanı ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib. Bu barədə Azərbaycanın Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
-
“USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bildirib.
-
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olublar,- cümə axşamı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.
Ermənistan- ABŞ sazişi. İsrail- HƏMAS atəşkəsi. Rusiya təklənir? – Rauf Mirqədirov Çətin sualda
Audio xəbər
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:04
- 334
Rəy yaz