Əfqanıstandan olan bir qrup miqrant Bakının mərkəzi parkında (
Bakıda əfqan qaçqınların aksiyası
Bakı/23.08.21/Turan: Bu gün Əfqanıstandan olan bir qrup miqrant Bakının mərkəzi parkında ("Qış bulvarı") etiraz aksiyası keçirib. Onlar tələb etdilər ki, Birləşmiş Millətlər Təşkilatı Ali Komissarlığı İdarəsinin Azərbaycandakı nümayəndəliyindən onlara diqqəti artırmağı tələb ediblər. Hadisə yerinə gələn polis etirazçıları parkdan uzaqlaşdırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis iştirakçılarla izahatedici söhbət aparıb, bundan sonra onlar ərazidən çıxarılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyada 40-a yaxın adam iştirak edib.
Bundan öncə Birləşmiş Millətlər Təşkilatı Ali Komissarlığı İdarəsinin Azərbaycandakı nümayəndəliyi ölkə ərazisində Əfqanıstandan 1226 qaçqının olduğunu bildirib. Onların statusu yoxdur, lakin səhiyyə, təhsil və çalışmaq imkanları var.
Qeyd edək ki, bu adamlar Azərbaycana son hadisələrlə bağlı yox, əvvəlki illərdə gəliblər. Onların bir çoxu sonradan Avropaya getmək üçün gəlib. –06D
Cəmiyyət
-
Azərbaycana İrandan gətirilən bəzi şirniyyatlarda GMO (genetik materialı dəyişdirilmiş orqanizmlərə verilən addır) aşkarlanıb. "Qida təhlükəsizliyi haqqında" Qanuna görə, qeydiyyatdan keçməyən genetik modifikasiya olunmuş yem məhsullarının istehsalı, emalı, dövriyyəsi qadağandır. Qeydiyyata alınması üçün həmin məhsullar həyat və sağlamlığa zərərli olmamalı, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçilər aldadılmamalıdırlar.
-
Ölkədə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
-
Yanvarın 17-də Bakıda hava tutqun olacaq, səhər və axşam yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyinə keçəcək.
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
Rəy yaz