![Fransa məhkəməsi Villerban şəhəri və Şuşa erməniləri arasında dostluq haqqında müqaviləni ləğv edib](https://turan.az/resized/media/2019/main/101800022417-750-500-resize.webp)
Fransa məhkəməsi Villerban şəhəri və Şuşa erməniləri arasında dostluq haqqında müqaviləni ləğv edib
Bakı/18.10.19/Turan: Cümə günü Lion İnzibati Məhkəməsi Villerban şəhəri ilə Azərbaycanın separatçı anklavı -Dağlıq Qarabağın Şuşa şəhər bələdiyyəsi arasında imzalanmış dostluq və qardaşlıq haqqında müqaviləni ləğv edib. Bu barədə oktyabrın 18-də Frans Press agentliyi bildirib.
Hakimlər hesab ediblər ki, bu müqavilə Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmadan imzalanıb və qanuna ziddir, - məhkəmənin bəyanatında deyilir.
2015-ci ildə imzalanmış bu sənəd Dağlıq Qarabağ erməniləri, Fransanın müxtəlif bələdiyyələri və departamentləri ilə qondarma Dağlıq Qarabağ hakimiyyəti arasında imzalanmış 10-dan çox sazişdən biridir.
Xatırladaq ki, son aylar Fransa məhkəmələri həmin müqavilələrdən əksəriyyətini ləğv edib. -71B-
-
- Maliyyə
- 18 Oktyabr 2019 14:09
-
- İqtisadiyyat
- 18 Oktyabr 2019 14:43
Siyasət
-
Baş Prokurorluq Bakının Qaradağ, Binəqədi və Xəzər rayonlarında, həmçinin Tərtər rayonunda qanunsuz hasilat aparılması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları üzrə araşdırma aparıb.
-
“Abzas Media” nəşrinin işilə əlaqədar fevralın 11-nə təyin olunmuş növbəti məhkəmə iclası keçirilməyib.
-
Fevralın 11-də prezident İlham Əliyev “Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında saziş”i təsdiq edib.
-
Fevralın 11-də Azərbaycan Hüquq-Müdafiə Təşkilatlari Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanli və Səadət Bənənyarlı həbs edilmiş jurnalist Şahnaz Bəylərqızının işi üzrə ölkə rəhbərliyinə etdikləri müraciətlə əlaqədar Daxili İşlər Nazirliyində görüş keçiriblər.
Rəy yaz