Gürcüstanın baş naziri Azərbaycanda matç zamanı baş verənləri təxribat adlandırıb
Tbilisi/10.07.15/Turan BSPRESS: Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən gün Qəbələdə futbol matçı zamanı Gürcüstanın “Dinamo” və Azərbaycanın “Qəbələ” komandaları arasında baş vermiş insidenti təxribat adlandırıb.
KİV-in məlumatına görə, Avropa Liqası təsnifat mərhələsinin cavab matçında azərbaycanlı azarkeşlər Gürcüstana ərazi iddialarına dair, əsasən “Borçalı qədim Azərbaycan torpağıdır” sözləri yazılmış bannerlər qaldırıblar. Sonra isə Gürcüstanın bayrağını yandırıblar.
İyulun 2-də isə oxşar insident Tblisidə sözügedən klubların matçında baş verib. Bir qrup azarkeş “Biz Zaqatalanı, Qaxı xatırlayırıq, 1921” sözləri yazılmış plakat qaldırıblar. Matçdan sonra Azərbaycanın bayrağını tapdalayıblar.
“Bu cür təxribatlar azarkeşlərə xasdır və təxribat qrupları bütün ölkələrdə var. Yəqin, xatırlayırsınız, göndərilən təxribat qrupları bizim adımızdan necə danışırdılar, indi də eyni hadisələr Azərbaycanın adından təkrarlanıb”, - İ.Qaribaşvili jurnalistlərə bildirib.
Gürcüstan hökumətinin rəhbəri qeyd edib ki, bu cür təxribatlar “Azərbaycanla dost münasubətlərə heç cür təsir göstərməyəcək” və adamlar buna fikir verməməlidirlər.-02D-
-
- Siyasət
- 10 İyul 2015 19:34
Siyasət
-
Bu həftə Tramp administrasiyası Türkiyə ilə yeni danışıqlara başlayıb, ikitərəfli və regional məsələlərə, o cümlədən Cənubi Qafqazdakı sülhə xüsusi diqqət yetirib, Turan-ın Vaşinqton müxbiri bildirib.
-
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı 2005-ci ildə təsdiq edilmiş məxfi məlumatların siyahısına dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. Dəyişikliklər, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 22 dekabr 2023-cü ildə qəbul edilmiş “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlara edilən düzəlişlərə uyğundur.
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Rəy yaz