Rəsul Cəfərovun apellyasiya şikayətinə baxılması iyulun 21-nə təyin edilib
Hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə ibtidai iclas iyulun 21-də səhər Bakı Apellyasiya Məhkəməsində olacaq. Bunu Turan-a vəkil Fariz Namazlı bildirib.
Müdafiə tərəfi qismən təkrar məhkəmə istintaqının aparılması, həbs qətimkan tədbirinin dəyişdirilməsi və R.Cəfərovun həbsdən azad edilməsi barədə vəsatət qaldırmaq niyyətindədir.
Qeyd edək ki, iyulun 21-də digər hüquq müdafiəçisi İntiqam Əliyevin də apellyasiyası təyin edilib.
R.Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 213 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Amnesty International təşkilatı onu “vicdan məhbusu” hesab edir. Hökmdən sonra R.Cəfərov onun saxta, siyasi sifarişli olduğunu bildirib. Məhkəmə hüquq müdafiəçisinin günahını sübut etməyib. Bütün ittiham şahidləri hüquq müdafiəçisinin xeyrinə ifadə veriblər və proses özü faktiki olaraq onun tam günahsız olduğunu göstərib. Avropa Şurası, Avropa İttifaqı və digər təşkilatlar daxil olmaqla, beynəlxalq təşkilatların bəyanat və çağırışlarında Azərbaycan hakimiyyəti R.Cəfərovu və uydurma ittihamla həbs olunan digər hüquq müdafiəçilərinin azad olunmasına çağırılıb.
R.Cəfərov həbsdən sonra bildirib ki, o, siyasi məhbuslar probleminə diqqət yönəltdiyinə, prezident İlham Əliyev Strasburqda olarkən AŞPA sessiyası zamanı etiraz aksiyasının keçirilməsinə, Avropa Oyunlarını boykot çağırışlarına görə təqib olunur.-06B--
-
- Siyasət
- 10 İyul 2015 16:21
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Rəy yaz