Brüsseldə enerji əməkdaşlığı üzrə işçi qrupunun toplantısı olacaq
Azərbaycan, Türkmənistan, Türkiyə və Avropa Komissiyası arasında energetika sahəsində əməkdaşlığın inkişafı üzrə işçi qrupunun ilk iclası iyulun 14-də Brüsseldə olacaq. Bu barədə Avropa Komissiyasının saytında məlumat verilib.
İclasda Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti Maroş Şefçoviç iştirak edəcək.
Müvafiq bəyannamə 2015-ci ilin mayında Aşqabadda imzalanıb və karbohidrogenlərin Türkmənistandan Avropaya nəqlini nəzərdə tutur.-02D-
-
- İqtisadiyyat
- 10 İyul 2015 16:14
Siyasət
-
Yanvarın 23-də Bakı Apellyasiya Məhkəməsi hakim Zamin İbrahimovun sədrliyi ilə “Meydan TV”nin jurnalisti Natiq Cavadlı barədə seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib. Məhkəmə jurnalisti həbsdə saxlayıb.
-
Yanvarın 23-də Azərbaycan SQ-nin Quru Qoşunları komandanının müavini general-mayor İlqar Lətifov ölkəmizdə rəsmi səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Hərbi Əməliyyatlar üzrə Baş Direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik İli" elan edilməsi hakimiyyətin bu il konstitusiya referendumu keçirmək planları haqqında şaiyə və təxminlərə səbəb olub.
-
Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistan gündəlikdəki bütün məsələlərin həlli yollarını təklif edib, bu barədə yanvarın 23-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Rəy yaz