Hakim partiya sədrinin müavininin xanımı ombudsman oldu
Bakı/29.11.19/Turan: Bu gün Milli Məclis 104 səs ilə 39 yaşlı Səbinə Əliyevanı ölkənin ombudsmanı seçib.
Bu günədək o, Konstitusiya Məhkəməsinin aparat rəhbərinin müavini idi.
Alternativ namizədlər Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini Kəmalə Abıyeva və Ali Məhkəmənin insan hüquqları və ictimai əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva idi.
Qanunvericiliyə görə, dövlət başçısı ombudsman postuna üç namizəd təqdim edir, parlament isə onlardan birini seçir.
Səbinə Əliyeva 1980-cı ildə anadan olub, ali hüquq təhsili var. KİV-in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, parlamentin Dini qurumlar və ictimai birliklərlə iş komitəsinin sədri Siyavuş Novruzovanın həyat yoldaşıdır.
O, həm də keçmiş vitse-spiker Yaşar Əliyevin qızıdır. Səbinə Əliyeva geniş ictimaiyyətə məlum deyil.
Xatırladaq ki, əvvəlki ombudsman Elmira Süleymanova vəzifəyə təyin olunmadan öncə vətəndaş cəmiyyətində qadın hüquqları məsələlərilə məşğul olmuşdu, çoxillik iş təcrübəsinə malik idi. 06D--
-
- Maliyyə
- 29 Noyabr 2019 13:17
Siyasət
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
-
ABŞ Prezidenti Donald Tramp cümə günü Ukraynadakı müharibənin dayandırılması üçün danışıqların davam etdiyini, münaqişənin həllinə sadiq qaldığını, lakin bunun çətinliklərlə dolu olduğunu etiraf etdi.
-
ABŞ-ın CBS telekanalının cümə axşamı verdiyi məlumata görə, Pensilvaniya ştatının Filadelfiya şəhərində kiçik tibb aviasiyasına məxsus LEAR-55 tipli təyyarə yaşayış ərazisinə düşüb. Göyərtədə ekipaj üzvləri də daxil olmaqla altı nəfər olub.
Rəy yaz