Hakimiyyət yenə müxalifətə mitinqi Lökbatanda keçirməyi təklif edib
Bakı/30.10.19/Turan: Bakı meriyası noyabrın 2-də Demokratik Qüvvələrin Milli Şurasının şəhərin hüdudları daxilində mitinqinə icazə verməkdən imtina edib.
Belə ki, DQMŞ aksiyanı ya metronun “28 May” stansiyasının qarşısında, ya da “Məhsul” stadionunda keçirməyi təklif edib. Amma şəhər administrasiyası yenidən aksiyanı Bakıdan 20 km məsafədə Lökbatan qəsəbəsində “Neftçi” klubunun təlim-idman bazasında keçirməyi təklif edib.
AXCP lideri Əli Kərimli əvvəlcədən xəbərdarlıq edib ki, meriya Lökbatandakı stadionu təklif etsə müxalifət şəhərin mərkəzinə çıxacaq.
Beləliklə, oktyabrın 19-dakı vəziyyət təkrarlanır. Həmin vaxt müxalifət paytaxtın mərkəzində icazəsiz aksiya keçirmək qərarına gəlib. İcazəsiz aksiya keçirmək cəhdinin qarşısı polis tərəfindən sərt şəkildə alınıb, 200-dən çox insan saxlanılıb, 30 nəfər isə inzibati qaydada həbs edilib. -16D06-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz