
İlham Əliyev Pakistana səfər edəcək
Azərbaycan prezidenti İlham Əliyev 12-13 iyul tarixlərində Pakistana iki günlük səfərə gedəcək. Bu barədə TASS The News International qəzetinə istinadla bildirib.
Nəşrin məlumatına görə, Əliyev səfər çərçivəsində Pakistan prezidenti Asif Əli Zərdari, baş nazir Şahbaz Şərif və quru qoşunlarının qərargah rəisi Asim Munirlə görüşəcək.
Xarici işlər nazirləri Ceyhun Bayramov və İshak Darın ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı danışıqları planlaşdırılır.
Rəy yaz