
Tehran/04.03.20/Turan: İranda yeni tip koronavirus (Covid-19) qurbanlarının sayı 92 nəfərə çatıb, 2 min 922 xəstəliyə yoluxma hadisəsi qeydə alınıb, bu barədə martın 4-də İran Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur bildirib.
"Dünəndən etibarən 586 yeni yoluxma hadisəsi aşkar edilib. Onlardan 253-ü Tehranda, 101-i Qumda, 35-i Gilanda, 8-i Markazi əyalətində, 9-u Mazenderanda, 1-i Şimali Xorasanda, 8-i Xorasan-Razavidə, 7-i İlamda, 14-ü Fars əyalətində, 6-sı Zəncanda, 4-ü Kürdistanda, 9-u Şərqi Azərbaycanda, 15-i Kemanşahda, 25-i Qəzvində, 5-i Lorestanda, 19-u Alborzda, 8-i Semnanda, 14-ü Kerman, Çaharmahal və Bəxtiyaridə, 27-si Xuzestanda, 8-i Sistan əyalətində və Belucistanda qeydə alınıb. Onların 15 nəfəri ölüb", deyə o qeyd edib.
Eyni zamanda, koronavirusa yoluxmuş 552 nəfər sağalıb. -02D-
Rəy yaz