Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmaqdan yenə imtina edib
Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmaqdan yenə imtina edib
Bakı/10.01.24/Turan: Yanvarın 10-da Bakı Apellyasiya Məhkəməsində iqtisadçı-alim Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasından imtinaya dair vəsatətə baxılıb.
Vəkil Şəhla Hümbətova Turan-a bildirib ki, məhkəmə vəsatəti təmin etməyərək Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Vəsatət ondan ibarət olub ki, İbadoğlunun həbsindən altı ay keçsə də, onunla istintaq hərəkətləri aparılmır. Eyni zamanda, istintaq təcridxanasında İbadoğlunun səhhəti getdikcə pisləşir.
Vəkil təəssüflə bildirib ki, məhkəmələr İbadoğlunun ev dustaqlığına buraxılması və müalicə müəssisəsinə göndərilməsi barədə vəsatətləri təmin etmirlər. Vəkilin sözlərinə görə, buna istintaq etiraz edir.
Ötən il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların satışında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin 167-3.1 maddə (ekstremizmyönlü materialların saxlanması və yayılması) ilə ittiham olunub.
Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu azad etməyə çağırıblar.-16D06-
Rəy yaz
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
1 rəy
Акпер
2024-01-10
Выродки и твари