Ali Məhkəmə Almaniyadan deportasiya edilmiş fəalı azad etməyib
Ali Məhkəmə Almaniyadan deportasiya edilmiş fəalı azad etməyib
Bakı/10.01.24/Turan: Yanvarın 9-da Azərbaycan Ali Məhkəməsi Almaniyadan qayıtdıqdan sonra narkotik maddələrlə bağlı iş üzrə mühakimə olunmuş fəal Cəfər Mirzəyevin kassasiya şikayətini təmin etməyib.
Mirzəyev 27 yanvar 2022-ci ildə, Almaniyadan deportasiya edildikdən iki ay sonra saxlanılıb. Ertəsi gün məhkəmə Mirzəyevin narkotik maddə alveri ittihamı ilə həbs olunması barədə qərar çıxarıb. 16 yanvar 2023-cü ildə məhkəmə onu 6 il azadlıqdan məhrum edib. Sonradan Apellyasiya Məhkəməsi cəzanı 5 ilə endirib.
"Müdafiə xətti" hüquq-müdafiə təşkilatının üzvü, hüquq müdafiəçisi Zəfər Əhmədov Turan-a bildirib ki, Mirzəyevin apellyasiya instansiyasının qərarından kassasiya şikayətinə çərşənbə axşamı fəalın özü və vəkili Nemət Kərimlinin iştirakı olmadan baxılıb.
"Kassasiya şikayətini vəkil Nemət Kərimli verib. Vəkil Bakıda olmadığı üçün prosesdə iştirak edə bilməyib. Əgər şikayəti məhkumun özü versə, vəkil olmadan baxıla bilər. Lakin hakim heyəti, məhkum və vəkil olmadan kassasiya şikayətinə baxıb və onu təmin etməyib. Proses cəmi 4 dəqiqə davam edib", - Əhmədov deyib.
Hüquq müdafiəçiləri Almaniyadan deportasiya edildikdən sonra həbs olunmuş digər fəallar (Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli və Samir Aşurov) kimi Cəfər Mirzəyevi də siyasi məhbus kimi tanıyıblar. Onların hamısı Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq Almaniyada keçirilmiş aksiyaların iştirakçısı olub. – 06B-
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz