Müsavat Partiyası sədrinin müavini 15 sutka həbs edilib
Bakı/13.11.19/Turan: Müsavat Partiyası sədrinin müavini Razim Əmiraslanlı polisə müqavimət ittihamı ilə 15 sutka həbs edilib. Bu barədə onun vəkili Nemət Kərimli bildirib. O xatırladıb ki, müxalifətçi noyabrın 11-də saxlanılaraq Binəqədi Rayon Məhkəməsinə aparılıb.
Hələlik R.Əmiraslanlı noyabrın 12-də Bakı meriyasının qarşısında keçirilən icazəsiz piket ərəfəsində həbs edilən yeganə müsavatçıdır.-05B-
Siyasət
-
ATƏT-in Minsk Qrupu və onunla bağlı institutlar ləğv edilməlidir, bu barədə cümə günü keçirilən brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
-
Biz maneəsiz əlaqənin əleyhinə deyilik, lakin bu, Ermənistanın yurisdiksiyasından yayınmaqla maneəsizlik demək deyil. Bu barədə cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Cənubi Qafqazda Fransanın diplomatik mirasına dair kəskin müzakirə fonunda, cümə günü Bakıda beynəlxalq konfrans keçirildi və bu tədbirdə Fransanın Ermənistan-Azərbaycan münaqişəsindəki rolu qiymətləndirildi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən tədbir, Azərbaycanın uzun müddətdir Fransanın Ermənistana qarşı tarixi tərəfkeşliyindən narahatlığını vurğuladı.
Rəy yaz